Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:02

Trump ‘İranın əsas rəsmiləri’nə səyahət qadağası qoyur


İranda çıxan 'Sazandegi' qəzetində Hassan Rohani və Donald Trump-ın fotoları, arxiv fotosu
İranda çıxan 'Sazandegi' qəzetində Hassan Rohani və Donald Trump-ın fotoları, arxiv fotosu

ABŞ Prezidenti Donald Trump Tehrana təzyiqi artırıb, Dövlət Departamentinə göstəriş verib ki, İran rəsmiləri və ailə üzvlərinin Birləşmiş Ştatlara immiqrant, yaxud qeyri-immiqrant kimi daxil olmasına qadağa qoyulsun.

Ağ evin sentyabrın 25-də verdiyi açıqlamada Trump İran hökumətini “Yaxın Şərqdə və kənarda sülhə və sabitliyə təhdid yaratmaq”da suçlayıb.

“Qərar vermişəm ki, İranın aparıcı hökumət rəsmilərinin və yaxın ailə üzvlərinin Birləşmiş Ştatlara immiqrant, yaxud qeyri-immiqrant kimi girişini məhdudlaşdırmaq və dayandırmaq Birləşmiş Ştatların maraqlarına uyğundur”, – Trump bildirir.

Məsələyə İran rəsmiləri hələlik, şərh verməyib.

Trump ötən ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edəndən sonra iki ölkə arasında gərginlik artıb.

İranın 80 diplomatı Nyu Yorkdadır

Son addımdan bir neçə saat öncə İran Prezidenti Hassan Rohani BMT-nin Baş Məclisində çıxışında deyib ki, Tehran sanksiyalar altında qaldıqca nüvə proqramı üzrə danışıqlar aparmayacaq və Birləşmiş Ştatları “amansız iqtisadi terror”da suçlayıb.

Bu arada İranın 80-dən artıq diplomatı BMT-nin toplantısında iştirak etməkdən ötrü Nyu Yorkdadır.

“The New York Times” qəzetinin yazmasına görə, səyahət qadağasının onlara aid olacağı gözlənilmir. BMT-nin razılaşmasına görə, Birləşmiş Ştatlar xarici liderlərə BMT-nin qərargahına getməyə viza verir və onların Nyu Yorkda hərəkətini məhdudlaşdıra bilər.

Dövlət Departamentinin sözçüsü “Reuters”ə deyib: “İran hökuməti dünyanın terrorçuluğa sponsorluq edən əsas ölkəsidir. Rejim neft və gəmiçilik infrastrukturuna hücumlarla Fars Körfəzi regionunda sabitsizlik yaradıb. İran rejiminin aparıcı rəsmiləri və onların ailə üzvlərinə Birləşmiş Ştatlara səyahəti davam etdirməyə icazə vermək bizim maraqlarımıza ziddi, İranın hərəkətlərinə göz yummaq olar”. Sözçü Tehranın Yəməndə husi üsyançılara, İraq və Suriyada şiə yaraqlılara dəstəyini misal çəkib.

Trump-ın sərəncamında qadağaya bəzi istisnalar da nəzərdə tutulub, onların ABŞ-ın qanuni daimi rezidentlərə aid edilməyəcəyi bildirilir. Sığınacaq almış, ABŞ-a qəbul olunmuş qaçqınlar da qadağadan kənar qalacaq.

Bundan öncə isə ABŞ Xəzinədarlıq Departamenti Çinin 11 vətəndaşı və qurumuna sanksiyalar tətbiq edib, onları bilərəkdən ABŞ sanksiyalarını pozaraq İrana neft transferində suçlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG