Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:00

ABŞ Səudiyyəyə böyük canlı qüvvə və hərbi texnika göndərəcək


Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi (THAAD) terminalı
Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi (THAAD) terminalı

ABŞ-ın müdafiə rəsmiləri bildiriblər ki, Vaşinqton Səudiyyə Ərəbistanına əlavə qoşunlar və hərbi avadanlıq göndərir.

Media xəbərlərində deyilir ki, Pentaqon Səudiyyəyə böyük canlı qüvvə, iki Patriot hava hücumundan müdafiə batareyası və Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi (THAAD) terminalı göndərməyə hazırlaşır.

Pentaqonun sözçüsü Jonathan Hoffman deyib ki, əlavə canlı qüvvəyə 3 min əsgər daxildir.

Qoşun və hərbi texnikanın göndərilməsi üçün dəqiq vaxt cədvəli açıqlanmayıb.

Bundan əvvəl ABŞ rəsmiləri Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqi Səudiyyə Ərəbistanına daha kiçik qoşun birləşməsi göndəriləcəyini bildirmişdilər.

Lakin sentyabrın 14-də Səudiyyənin neft qurğularına raket və dron hücumlarından sonra ABŞ kontingentin genişləndirilməsi qərarına gəlib.

ABŞ bu hücumlara görə İranı ittiham edib. Səudiyyə də hücumun arxasında İranın durmasını bəyan etsə də, raketlərin İran ərazisindən atılıb-atılmadığını dəqiqləşdirə bilməyib.

Həmin hücuma görə məsuliyyəti öz üzərlərinə İranın Yəməndə dəstəklədiyi huti şiə qiyamçıları götürmüşdülər.

Bir çox müşahidəçilər Yəməndə davam edən vətəndaş münaqişəsini İran və Səudiyyə arasında təmsili müharibə hesab edirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG