Keçid linkləri

2025, 13 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:26

Diplomatlardan Əfqanıstanda ‘total vətəndaş müharibəsi’ xəbərdarlığı


James F. Dobbins
James F. Dobbins

ABŞ-ın 9 keçmiş səfiri xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar Əfqanıstandakı qoşunları Talibanla Kabil hökuməti arasında “əsl” sülh razıalaşmasından əvvəl çıxarsa, onda bu ölkədə “tam bir vətəndaş müharibəsi” başlana bilər.

Sentyabrın 3-də səfirlərin Atlantic Council araşdırma mərkəzinin saytında dıərc olunmuş birgə bəyanatında deyilir ki, ABŞ qoşunlarının çıxarılması əsl sülh razılaşmasından əvvəl yox, sonra həyata keçirilməlidir.

Bəyanatda deyilir ki, ABŞ qoşunlarının sürətlə çıxarılması Talibanı hərbi uğur qazanmağa ürəkləndirə bilər.

Sentybarın 2-də ABŞ-ın Əfqanıstan üzrə nümayəndəsi Zalmay Khalilzad demişdi ki, Talibanla 18 illik müharibəyə son qoyulması üçün “prinsipcə” razılığa gəlinib.

Buna baxmayaraq sentyabrın 2-də Talibanın Kabildə törədiyi partlayış nəticəsində azı 16 nəfər həlak olub.

TOLOnews agentliyinin verdiyi xəbərə görə Khalilzad deyib ki, razılaşmaya əsasən ABŞ qoşunlarının ilk 5 mini əsgəri 5 aydan da az müddətdə Əfqanıstanı tərk edəcək.

Hazırda Əfqanıstanda əksəriyyəti amerikalı olmaqla 20 minlik xarici qoşun var.

Taliban rəsmi Kabil hökuməti ilə birbaşa danışıqlardan imtina edir.

ABŞ diplomatları bildirirlər ki, Talibanın rəsmi hökumətlə danışıqlardan imtina etməsi bu təşkilata kiminlə danışıqlar aparmasını özünün müəyyən etməsinə yol açacaq.

Diplomatların fikrincə əfqanlar onların adından danışıq aparacaq hökumətə malik olmağa layiqdirlər.

Sözü gedən 9 diplomat prezidentlər George W. Bush, Barack Obama və Trump administrasiyası dövründə xidmətdə olub.

Onların arasında James Dobbins, John Negroponte və Ryan Crocker.

XS
SM
MD
LG