Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Taliban sülhə ‘prinsipcə’ razılaşır və bomba partladır


Zalmay Khalilzad
Zalmay Khalilzad

Sentyabrın 2-də Kabildə azı 16 dinc sakinin öldürüldüyü hücuma görə məsuliyyəti Taliban silahlı qruplaşması üzərinə götürüb.

Daxili İşlər Nazirliyinin sözçüsü Nusrat Rahimi hücum zamanı azı 119 nəfərin yaralandığını bildirib.

***

Sentyabrın 2-də Əfqanıstanın paytaxtı Kabildə baş vermis güclü partlayış nəticəsində azı 5 nəfərin öldüyü xəbər verilir.

Talibanın sözçüsü Zabihullah Mujadid avtomobil partlayışını təşkilatın törətdiyini etiraf edib.

Daxili İşlər Nazirliyinin sözçüsü Nusrat Rahiminin verdiyi məlumata görə partlayış şəhərin Yaşıl kənd adlanan qapalı hissəsində törədilib. Burada əsasən beynəlxalq təşkilatların qərargahları yerləşir.

***

Bundan əvvəl verilən xəbərlərə görə, Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad AzadlıqRadiosuna deyib ki, Taliban onun nəzarətindıə olan ərazilərin heç birindən terrorçular üçün sığınacaq kimi istifadə olunmayacağına “prinsipcə” razılıq verib.

Khalilzad sentyabrın 2-də AzadlıqRadiosuna eksklüziv müsahibəsində bildirib ki, Taliban habelə Əfqanıstandakı Qərb qüvvələrinin tədricən çıxarılması ilə razılaşıb.

Khalilzad bildirib ki, bu, Əfqanıstandakı vəziyyətdən asılı olacaq.

ABŞ diplomatı bildirib ki, Taliban sülh planının layihəsi ilə prinsipcə razılaşıb. Bu sazişə Əfqanıstanda “tam və daimi atəşkəs” müddəası da daxildir.

Lakin Khalilzad əlavə edib ki, indi bu razılaşma ABŞ prezidenti Donald Trump tərəfindən təsdiqlənməlidir.

Khalilzad deyib ki, o Əfqanıstan prezidenti Ashraf Ghani, icra hakimiyyətinin başçısı Abdullah Abdullah və başqa vəzifəli rəsmilərlə danışıqları davam etdirməlidir.

Bundan əvvəl sentyabrın 2-də Əfqanıstan prezidentinin müşaviri Waheed Omer Twitter-də yazmışdı ki, Khalilzad Ghani-yə razılaşma layihəsinin bir nüsxəsini təqdim edib.

Ghani-nin sözçüsü Sediq Sediqqi isə bildirib ki, Kabul hökuməti razılaşmanın təfərrüatlarını “öyrənməli və qiymətləndirməlidir”.

***

Taliban hücumunda azı 6 nəfər həlak olub

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Taliban silahlı qruplaşmasının Əfqanıstanın şimal-şərqindəki Puli Xumri şəhərinə hücumunda azı altı nəfər öldürülüb.

Bu, ABŞ təmsilçisinin sülh danışıqlarında razılaşmaya yaxın olmasını açıqladığı bir dönəmə təsadüf edir.

AzadlıqRadiosu-nun (RFE/RL) Puli Xumridəki müxbirləri sentyabrın 1-də axşam şəhərdə nisbi sakitlik hökm sürdüyünü xəbər veriblər. Burada təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında döyüşlər bir neçə saat çəkib.

Yerli rəsmilər radioya Talibanın məğlubiyyətə uğradıldığını, ancaq Kar-Kar və Bandi Du bölgələrində ara-sıra atışmaların davam etdiyini deyiblər.

Bu arada Talibanla ABŞ-ın 18 ildir gedən münaqişəyə son qoymağı hədəfləyən danışıqları davam edir. Danışıqlarda razılaşma layihəsinin nəzərdən keçirildiyi xəbər verilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG