Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:51

ABŞ səfiri Sankt Peterburq forumunu boykot edəcək


Michael Calvey müttəhim kürsüsündə
Michael Calvey müttəhim kürsüsündə

ABŞ Dövlət Departamenti bildirir ki, Birləşmiş Ştatların Rusiyadakı səfiri siyasət və biznes liderlərinin gələn ay Sankt Peterburqda keçiriləcək illik qlobal forumuna qatılmayacaq. Xəbər verilir ki, ABŞ bu addımla amerikalı investor Michael Calvey-nin Rusiyada həbs edilməsinə etirazını nümayiş etdirir.

Məlumatda deyilir ki, səfir Jon Huntsman Sankt Peterbuqrda keçirilən üçgünlük Beynəlxalq İqtisadi Forumunda iştirak etməyəcək və ABŞ bu tədbirə nümayəndə göndərməyəcək.

Rusiya hüquq-mühafizə orqanalrı Moskvada çalışan Baring Vostok Capital Partners investisiya fondunun təsisçisi Calvey-ni və daha dörd nəfəri fondun nəzdindəki Vostochny bankı ilə bağlı dələduzluqda ittiham edir.

Bu həbslər bir çox Qərb investorlarını heyrətə salmış və Rusiyanın biznes liderləri və hökumət rəsmilərinin narazılığına səbəb olmuşdu. Onlar məhkəmənin və prokurorluğun motivlərini şübhə altına alırdılar.

Aprel ayında Moskva məhkəməsi Calvey barədə məhkəməyə qədər həbs qətimkan tədbirini ev məhbusluğu ilə əvəz edib.

Calvey ilə bağlı məsələyə ABŞ dövlət katibi Mike Pompeo ilə Rusiyanın xarici işlər naziri Sergei Lavrov arasında danışıqlarda da toxunulub.

Baring Vostok Rusiyada fəaliyyət göstərən ən böyük və ən köhnə özəl investisiya banklarından biridir və 1990-cı illərdən bəri Rusiyaya 2, 8 milyard dollardan çox sərmayə yatırıb.

Sankt Peterburqda keçirilən illik forumda ötən il Fransa prezidenti Emmanuel Macron, Yaponiya baş naziri Shinzo Abe də daxil 17 min siyasətçi və biznesmen iştirak etmişdi.

Səfir Huntsman ötənilki foruma qatılsa da, bunu Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsindən sonra etdiyinə görə tənqidə tuş gəlmişdi.

O vaxt Huntsman tədbirə qatılmasına belə haqq qazandırmışdı ki, “dialoq irəliyə doğru yol deməkdir”.

Ötənilki forumun “natiqləri və ekspertləri” arasında Calvey də vardı.

Calvey hazırda Rusiyada həbsdə olan yeganə amerikalı deyil. Keçmiş dəniz piyadası Paul Whelan casusluqda ittiham olunub və ötən ilin dekabrından bəri həbsxanadadır.

Moskva məhkəməsi mayın 24-də onun məhkəməyə qədər həbs müddətini avqust ayınadək uzatmaq barədə qərar qəbul edib.

O bildirir ki, həbs edilməsi Moskvanın ABŞ sanksiyalarına görə qisasıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG