Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

ABŞ investorunun saxlanması ‘iqtisadiyyatda fövqəladə vəziyyətdir’


Michael Calvey
Michael Calvey

Rusiyada irimiqyaslı maliyyə fırıldağında suçlanan amerikalı investisiya fondu menecerinin saxlanması “fövqəladə vəziyyətdir”. Bunu Rusiya Hesablama Palatasının sədri Aleksei Kudrin deyir.

Kudrin fevralın 18-də Twitter-də yazıb ki, Baring Vostok investisiya şirkətinin rəhbəri Michael Calvey-in həbsi “açıq-aşkar prezidentin iqtisadi ittihamlarla həbs etməməyə dair göstərişinə qarşı getməkdir”. Ötən il Prezident Vladimir Putinin təşəbbüsü ilə Cinayət Məcəlləsinə edilən düzəlişlər iqtisadi cinayətlərə görə cəzaları yüngülləşdirib.

Konkret bu durumu iqtisadiyyat üçün fövqəladə vəziyyət kimi dəyərləndirirəm”, – Kudrin yazıb.

Kudrin onu da qeyd edib ki, “hörmətli adamlar məndən Calvey-ə zamin durmağı xahiş ediblər”, amma hələ bu addımı atmayıb.

Aleksei Kudrin
Aleksei Kudrin

CALVEY KİMDİR?

Calvey-in fevralın 14-də saxlanması Qərbin biznes dairələrini silkələyib.

O, Moskvada Baring Vostok-un daha üç əməkdaşı, keçmiş Vostochny Bank direktoru Aleksei Kordichev və PKB kollektor agentliyinin rəhbəri Maksim Vladimirov ilə birlikdə saxlanıb. Onların altısı da hazırda həbsdədir.

Calvey özünü təqsirli bilmir.

Kudrinin Twitter bəyanatından bir neçə saat öncə isə Rusiya Prezidentinin Sahibkarların Hüquqları üzrə Komissarı Boris Titov Calvey barəsində həbs qətimkan tədbirindən narahatlığını bildirib. Onun sözlərinə görə, Calvey-in saxlanması “aşkar qanunsuzluq”dur, çünki ona qarşı cinayət işi korporativ fərqlərdən qaynaqlanır.

1994-cü ildə yaradılmış Baring Vostok Rusiyada və keçmiş Sovet ittifaqında ən böyük özəl investisiya şirkətlərindəndir. Onun vebsaytında 3,7 milyard dollardan artıq aktivi olduğu vurğulanır. Şirkət özəlliklə texnologiya sektorunda fəaldır, Yandex axtarış mühərriki şirkətində payı var.

Baring Vostok-u yaratmamışdan öncə Calvey Avropa Yenidənqurma və İnkişaf Bankında və Salomon Brothers şirkətində çalışıb. O, Vaşinqtondakı Atlantik Şurası beyin mərkəzinin idarə heyətinin üzvüdür.

XS
SM
MD
LG