Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Dekabr, Cümə, Bakı vaxtı 11:46

ABŞ müdafiə naziri: Birləşmiş Ştatlar İranla müharibəyə can atmır


Mark Esper NATO iclasında çıxış edir
Mark Esper NATO iclasında çıxış edir

ABŞ-ın müdafiə naziri bildirib ki, Vaşinqton İranla müharibəyə can atmır, lakin Tehranın Amerika maraqları üzərinə istənilən hücumunu dəf etməyə hazırdır.

Bu bəyanatı iyunun 27-də ABŞ müdafiə naziri Mark Esper verib. Bu arada iki ölkə arasında acıqlı ritorika mübadiləsi davam edir.

Mark Esper NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə deyib:

"İran rejimi 40 ildir ki, Yaxın Şərqdə xaos və münaqişə toxumu səpir. Birləşmiş Ştatlar Hörmüz boğazında son zamanlar yaranmış gərginliyin təşəbbüsçüsü deyil. İranın düşmən hərəkətləri bir çox ölkələri təsirləndirən beynəlxalq problemdir”.

Esper İranın getdikcə böyüyən ballistik raket proqramını, beynəlxalq terrora dəstəyini və regional sularda naviqasiya azadlığı üzərinə hücumlarını tənqid edib:

"Açıq danışacağam: Birləşmiş Ştatlar İranla müharibəyə can atmır. Bizim strategiyamızın kökündə iqtisadi və diplomatik müddəalar dayanır. Bir daha deyim ki, biz İranla münaqişə axtarmırıq, lakin biz regiondakı ABŞ qüvvə və maraqlarını müdafiə etməyə hazırıq. Qoy heç kim bizim təmkinimizi zəiflik kimi qəbul etməsin”.

NATO-nun bu iclası ABŞ prezidenti Donald Trump-ın İrana dair kəskin bəyanatlarından sonraya təsadüf edir. O demişdi ki, İrana zərbə endirmək fikrindən son anda daşınıb.

İran və ABŞ arasında münasibətlər Trump Birləşmiş Ştatları 2015-ci ilin nüvə sazişindən çıxarandan sonra gərginləşib.

XS
SM
MD
LG