Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

ABŞ-ın İran torpağına girməyə ‘cəsarəti çatmaz’ – Qərb mediası


Tehranda bazar, 23 iyun, 2019-cu il
Tehranda bazar, 23 iyun, 2019-cu il

Birləşmiş Ştatların İran torpağına girməyə cəsarəti çatmaz, İslam İnqilab Keşikçiləri Korpusunun aerokosmik bölümünün rəhbəri bu açıqlamayla iyunun 26-da çıxış edib. Xəbəri Mehr agentliyi yayıb.

İran ötən həftə ABŞ dronunu onun ərazi suları üzərində uçduğunu deyərək vurub. Vaşinqton isə dronun beynəlxalq sularda olduğunu bildirir.

ABŞ Prezidenti Donald Trump dünən İranı “Amerikaya aid nəyəsə” hücum edərsə, onu məhv etməklə hədələyib, ancaq sonradan danışıqlar üçün qapının açıq olduğunu deyib.

AmirAli Hajizadeh
AmirAli Hajizadeh

“Nə Amerika, nə də başqa bir ölkə İran torpağına girməyə cəsarət etməz”, – Briqada Generalı Amirali Hajizadeh vurğulayıb.

Amerika dronunun vurulması regiondakı digər ölkələrə yaxşı bir mesaj oldu ki, əsl gücü öz qabiliyyətlərinə bel bağlamaqda tapsınlar”, – bunu isə İran parlamentindən Alaeddin Boroujerdi deyib.

Seçkiyə Demokratlardan kimlər gedir

Birləşmiş Ştatlarda gələn il keçiriləcək prezident seçkisində Demokrat partiyasından indiyədək görünməmiş sayda siyasətçi namizədlik iddiasındadır. “Reuters” agentliyi Respublikaçıların namizədi kimi görünən Prezident Donald Trump-a qarşı 20-dən çox siyasətçinin iddialı olduğunu yazır. Onların içində yeddi senator, altı qadın, eləcə də qaradərili, latın amerikalı, açıq gey namizədlər də var.

Demokratlardan namizədliyə iddialılar (yuxarı cərgə soldan sağa): Senatorlar Bernie Sanders, Kamala Harris, Elizabeth Warren, Cory Booker, Amy Klobuchar, Kirsten Gillibrand, Michael Bennet
Demokratlardan namizədliyə iddialılar (yuxarı cərgə soldan sağa): Senatorlar Bernie Sanders, Kamala Harris, Elizabeth Warren, Cory Booker, Amy Klobuchar, Kirsten Gillibrand, Michael Bennet

Rəy sorğularında öndə gedən 76 yaşlı Joe Biden-dir. O, Prezident Barack Obama dövründə səkkiz il vitse-prezident vəzifəsində çalışıb, 36 ildir senatdadır. Agentlik Demokratların cəbhəsində hələ də bir məsələnin müzakirə olunduğunu yazır – Ağ evi liberal yeni siyasətçi, yoxsa mərkəzçi veteran idarə etməlidir. Biden “orta sinifin Joe-su” ləqəbindən zövq qalır, eyni zamanda özünün işçi sinif kökləri ilə öyünür.

Vermontdan senator Bernie Sanders isə 2016-cı ildə namizəd ola bilmədi, Hillary Clinton-a uduzdu. 77 yaşlı Sanders-in dörd il öncə gündəmə gətirdiyi məsələlər sırasında dövlət kolleclərində pulsuz təhsil, minimum əməkhaqqının qaldırılması, bütün ölkəni əhatələyən səhiyyə sistemi vardı.

Bundan başqa demokratların siyahısında Massaçusetsdən 70 yaşlı senator Elizabeth Warren, Kaliforniyadan qaradərili qadın senator Kamala Harris, İndiana ştatından 37 yaşlı mer, yeddi dildə danışan, homoseksual Pete Buttigieg də var.

Respublikaçılardan da Trump-a meydan oxumaq istəyən azı bir nəfərin adı bəllidir. O, Massaçusetsin keçmiş qubernatoru William Weld-dir, 2016-cı ildə vitse-prezidentlik uğrunda mübarizə aparmışdı. Trump-ın tənqidçisi olan Weld deyir ki, “Amerika xalqı gözardı olunur, xalqımız əziyyət çəkir”.

Elektron siqaret
Elektron siqaret

San Fransisko elektron siqaretləri qadağan edir

İyunun 25-də San Fransisko elektron siqaretlərin satışını qadağan edib və ABŞ-da bu qadağanı gerçəkləşdirən ilk böyük şəhərə çevrilib.

Şəhərin qanunverici orqanı federal səhiyyə hakimiyyətinin təsdiqi olmadan elektron siqaretlərin mağazada və onlayn satışını yasaqlayıb. Hazırda belə bir rəsmi təsdiq forması yoxdur.

Qadağanı dəstəkləyənlər bunu “sağlamlığa ciddi fəsadlar” törətdiyi üçün vacib sayırlar, çünki yeniyetmələr arasında elektron siqaretdən istifadə edənlərin sayı “kəskin artıb”.

Ancaq tənqidçilərin fikrincə, bu, keçmiş siqaret çəkənlərin adi siqaretlə qayıtmasına səbəb olar.

“Frans Pres” agentliyi ABŞ səhiyyə rəsmilərinin elektron siqaretlərin populyarlığının artmasından narahat olduğunu yazır. Bu formada siqaret çəkmənin insanda inkişafı əngəlləyə bilməsi sarıdan narahatıq olsa da, praktikanın özü yeni olduğundan sağlamlığa potensial fəsadları bəlli deyil.

2018-ci ildə elektron siqaret çəkən amerikalı gənclərin sayı 1,5 milyon nəfər artıb. Hazırda ölkədə 3,6 milyon orta və ali məktəb tələbəsinin bu məhsullardan istifadə etdiyi bildirilir.

XS
SM
MD
LG