Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:59

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı xəyanətə görə məhkum edilib


Elizabet Şirli
Elizabet Şirli

ABŞ dəniz donnaması kəşfiyyatının bir əməkdaşı adam oğurluğuna və Rusiyaya ötürmək niyyəti ilə milli təhlükəsizlik materiallarının oğurlanmasına görə 11 il müddətinə azadlıqdan məhrum edilib.

47 yaşlı Elizabet Şirli onu və qızını Amerikaya ekstradisiya etməyəcək hər hansı bir ölkədən sığınacaq almaq istəyirdi.

Donanma kəşfiyyatında işləyən keçmiş hərbçi Şirli habelə Pentaqonda, Energetika Nazirliyində, Pentaqonun podratçısı olan beş şirkətdə, kibertəhqiqatlar üzrə milli qrupda da çalışıb.

Onun üzərində “tamamilə məxfi” qrifi olan sənədlərə çıxışı olub.

O 2019-cu ildə keçmiş əri ilə yaşayan 6 yaşlı qızını götürərək Mexikoya gedib.

Şirli orada Rusiya hökumətinin nümayəndələri ilə görüşməli, onlardan başqa ölkəyə köçə bilməsi üçün kömək istəməliydi.

O özü ilə oğurladığı məxfi sənədləri də götürmüşdü.

Xəyanətdən mənfəətlənmək niyyəti

Lakin ABŞ və Meksika polisi onu aşkar edə bildilər. Onu əvvəlcə həddi-büluğa çatmamış şəxsi qanuni qəyyumundan gizlətməkdə ittiham etmişdilər.

Sonradan onun elektron cihazlarından Milli Təhlükəsizlik Agentliyinə və donanma kəşfiyyatına məxsus məxfi sənədlər, habelə Rusiya hökumətinə məktub aşkar edilib.

Şirli iyul ayında təqsirini etitaf edib. O məhkəməyəqədər razılaşma əsasında məxfi sənədlərin qanunsuz saxlanmasına görə 8 il müddətinə azadlıqdan məhrum edilib. Buna əlavə olaraq ona uşaq oğurladığına görə 3 il də iş kəsilib.

FTB nümayəndəsi məhkəmədə deyib:

"Şirli yüksək etimad tələb edən vəzifə tuturdu. O cinayətləri törədərkən nəinki bu etimadı pozub, hətta öz rəislərini və həmkarlarını az qala təhlükə altında qoyub”.

Milli Təhlükəsizlik üzrə baş prokuror müavini Con Demers isə deyib ki, Şirli Amerika xalqının etibarına xəyanət edib:

“O məxfi sənədləri Amerikanın ən qatı düşmənlərindən olan Rusiyaya satmaqla mənfəətlənməyə çalışıb”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG