Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

ABŞ İranla münasibətdə ‘xeyli irəliləyişin’ olduğunu desə də…


Prezident Donald Trump (sağda) və Mike Pompeo iyulun 16-da keçirilmiş hökumət müşavirəsində
Prezident Donald Trump (sağda) və Mike Pompeo iyulun 16-da keçirilmiş hökumət müşavirəsində

ABŞ prezidenti Donald Trump iki tərəf arasında kəskin ritorika mübadiləsinin davam etməsinə rəğmən deyib ki, İranla qarşıdurma gərginliyinin azaldılması istiqamətində “bir xeyli irəliləyiiş” olub.

Trump iyulun 16-da keçirilmiş hökumət müşavirəsində deyib:

"Xeyli tərəqqi var. Görək nə olur? Amma bir xeyli irəliləyiş olub”.

Trump-ın bu bəyanatından əvvəl dövlət katibi Mike Pompeo demişdi ki, İran Vaşinqtonla bu məsələnin müzakirəsinə hazır olduğunun siqnalını verib:

"İran rejimi öz iqtisadiyyatını idarə etmək üçün vurnuxur, çünki biz çox səmərəli işləmişik”.

Pompeo deyib:

"Nəticədə…açıq danışsam, elə dünən, bəlkə də srağagün ilk dəfə olaraq iranlılar öz raket proqramlarını müzakirə etməyə hazır olduqlarını deyiblər. Odur ki, bizim belə bir imkanımız olacaq. Mən ümid edirəm ki, strategiyamızı yaxşı davam etdirsək, bizim İranla onun nüvə silahı əldə etməsinə mane olacaq sazişi müzakirə etmək imkanımız olacaq”.

AzadlıqRadiosu yazır ki, Pompeo, belə görünür, iyulun 15-də İran xarici işlər nazirinin ABŞ televiziyasına müsahibəsindən ümidlənib.

BMT konfransında iştirak etmək üçün Nyu Yorkda olan Mohammad Javad Zarif NBC News kanalına deyib ki, İran özünün raket proqramını yalnız Vaşinqton İranın regional rəqiblərinə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini silahlandırmağı dayandırdığı təqdirdə müzakirə etməyə razılaşa bilər”.

Lakin İranın BMT-dəki missiyasının sözçüsü Alireza Miryousefi Twitter-də yazıb ki, “İranın raketləri qətiyyən və heç bir şəraitdə hər hansı ölkə və ya hər hansı zamanda müzakirə mövzusu ola bilməz”.

Sözçü xarici işlər nazirinin NBC telekanalına müsahibəsinə işarə edərək bildirib ki, İranın ABŞ-ın Səudiyyəyə silah satmasını istəməməsi hələ onun Vaşinqtonla danışıqlar istəməsi demək deyil.

ABŞ İranla 2015-ci ildə imzalanmış sazişdən çıxdıqdan sonra Tehran üzərinə sanksiyalarını bərpa edib.

İran bildirir ki, ABŞ-la ixtilaf yalnız Vaşinqton bu sazişə qayıdarsa aradan qalxa bilər.

İranın ali rəhbəri Ali Khamenei deyib ki, Qərb hökumətlərinin əsas düşməni onların təkəbbürüdür:

"Onlara qarşı çıxan ölkə zəifdirsə, bu təkəbbür kara gəlir. Lakin əgər həmin ölkə onları tanıyır və onlara qarşı çıxırsa, onlar məğlub olurlar”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG