Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

ABŞ İranda mindən çox insanın öldürüldüyünü güman edir


Brian Hook
Brian Hook

ABŞ Dövlət Departamentinin vəzifəli rəsmisi dekabrın 5-də bildirib ki, İranda baş vermiş son etirazlarda öldürülənlərin sayı mindən çox ola bilər.

Vaşinqtonun İran üzrə xüsusi nümayəndəsi Brian Hook jurnalistlərə deyib:

“İrandan xəbərlər sızdıqca belə görünür ki, rejim etirazlar başlanandan bəri mindən çox İran vətəndaşını qətlə yetirmiş ola bilər."

Hook qeyri-müəyyən məlumatları əsas gətirib və ölü sayına dair mötəbər sübut təqdim etməyib.

İranda etirazlar noyabrın 15-də, hökumət yanacaq qiymətlərini 200 faiz bahalaşdırandan dərhal sonra başlanıb.

Bunun ardınca təhlükəsizlik qüvvələri etirazçıların sıxışdırlmasına başlayıb və ölkədə bir həftə ərazində internetə giriş demək olar tam bloklanıb.

İran hakimiyyət orqanları indiyədək etirazlarla bağlı ölü sayını açıqlamayıb.

Tehran yalnız etirazçıların yanacaq məntəqələrini, polis idarələrini yandırmasını və mağazaları talan etməsini xəbər verib.

Amnesty International insan haqları təşkilatı dekabrın 2-də İran etirazları zamanı 208 nəfərin öldürüldüyünü elan etmişdi.

İran hökuməti bu rəqəmi təkzib edir.

Ötən həftə ABŞ dövlət katibi Mike Pompeo bildirmişdi ki, Vaşinqtona iranlılardan foto, video və başqa materiallar da daxil minlərlə mesaj gəlib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG