Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

ABŞ İranın daxili işlər nazirini sanksiya siyahısına saldı


İran daxili işlər naziri Abdulreza Rahmani Fazli
İran daxili işlər naziri Abdulreza Rahmani Fazli

ABŞ hökuməti İranın daxili işlər nazirini, yüksək rütbəli polis rəsmilərini və bir hərbi komandanı dinc etirazçıların öldürülməsi də daxil, insan haqlarını pozduqlarına görə sanksiya siyahısına daxil edib.

ABŞ maliyyə naziri Steven Mnuchin mayın 20-də deyib ki, “İran rejimi, dinc etirazlar da daxil xalqın fərqli düşüncə ifadəsini fiziki və psixoloji zorakılıqla əzir”.

Nazir bildirib ki, Birləşmiş Ştatlar bundan sonra da öz xalqına zülm və zorakılıq göstərən İran rəsmilərindən və təsisatlarından məsuliyyət tələb edəcək.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, İranın daxili işlər naziri və Daxili Təhlükəsizlik Şurasının sədri Abdolreza Rahmani Fazli illər boyunca yüzlərlə etirazçını öldürmüş təhlükəsizlik qüvvələrinə rəhbərlik edib.

Bu da qeyd olunur ki, 2019-cu ilin noyabrında etirazçılar üzərinə hücum nəticəsində 23 azyaşlı da daxil, çox sayda etirazçı həlak olub.

İran İntizam Polisi

Bəyanatda deyilir ki, İranın İslam İntizamı Polisinin (İİP)7 yüksək rütbəli zabiti və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bir generalı da fərqli düşüncəyə qarşı zorakılıqlarına görə sanksiya siyahısına salınanlar arasındadır.

ABŞ Maliyyə Nazirliyi iddia edir ki, İİP məhbuslara fiziki və psixoloji işgəncələr verilən xüsusi saxlama mərkəzlərinə malikdir və İrandakı əfqan miqrantlara qarşı hücumlara rəhbərlik edir.

Nazirlik bildirir ki, İİP əfqan qaçqınların Suriyada döyüşən qruplara cəlb edilməsində xüsusi rol oynayır və may ayında İran sərhədini keçərkən boğulmuş əfqanların ölümünə görə məsuliyyət daşıyır.

İran sərhədini keçərkən çox sayda əfqan qaçqın həlak olub
İran sərhədini keçərkən çox sayda əfqan qaçqın həlak olub

ABŞ-ın bəyanatında bildirilir ki, İİP-in xüsusi fondu olan Bonyad Taavon NAJA-ya da sanksiyalar qoyulub.

Bəyanatda deyilir ki, bu fond İranın enerji, tikinti, xidmətlər, texnologiyalar və bank sektorlarında xüsusilə fəaldır.

Son sanksiya siyahısına salınanların əksəriyyəti bu fondun direktorlar şurasının üzvləridir.

ABŞ dövlət katibi Mike Pompeo deyib ki, bu sanksiyalar barədə qərar İran xalqının mübarizəsini dəstəkləmək məqsədilə qəbul edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG