Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 01:47

Keçmiş ABŞ diplomatı: Qarabağ münaqişəsini indi yalnız Türkiyə və Rusiya çözə bilər


Mathew Bryza
Mathew Bryza

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Matthew Bryza AzadlıqRadiosuna müsahibəsində deyib ki, Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibənin başlanacağını gözləmir, çünki onun fikrincə, bunu tərəflərin heç biri istəmir.

Matthew Bryza-nın fikrincə bunu hətta Rusiya da istəmir.

O bildirir ki, münaqişə tərəflərinin hansısa birinin belə bir müharibəni davam etdirmək gücünün olub- olmadığı aydın deyil.

Matthew Bryza hesab edir ki, ATƏT-in Minsk Qrupu daha münaqişənin nizamlanmasına vasitəçilik edə bilmir:

“Azərbaycan-Ermənistan sərhədində baş verənlər artıq ATƏT-in Minsk qrupunun mandatından kənardadır. Minsk Qrupunun mandatı yalnız Azərbaycan ərazisində Dağlıq Qarabağla bağlı baş verənləri əhatə edir. Azərbaycan Ermənistan sərhədi boyunca gərginliyin azalması üçün yeni bir vasitəçiyə ehtiyac var. Bu, Minsk qrupu olmayacaq. Təəssüf ki, bu, ABŞ da olmayacaq. Mənim vaxtilə təmsil etdiyim administrasiya dövründə, bu, baş verə bilərdi. İndi isə bir diplomatik boşluq var və məncə, bu boşluğu Türkiyə və Rusiya doldurur. Ankara Bakını, Moskva isə Yerevanı dəstəkləyir. Ümid edirəm ki, Rusiya və Türkiyə hərəsi öz dostunu inandıra biləcək ki, yenidən danışıqlar masasına əyləşsinlər və gərginlik azalsın”.

Matthew Bryza deyir ki, Rusiya Ermənistanı, Türkiyə Azərbaycanı hərbi mənada dəstəkləsə belə, bu da elə bir növ vasitəçilik, diplomatiyadır. Belə ki, tərəflər bir-birinə göstərmək istəyirlər ki, güc tətbiq olunarsa, bunun hesabı ağır olacaq. Başqa sözlə, Türkiyə Ermənistana anlatmaq istəyir ki, əgər sən güc yolunu seçsən, biz də Azərbaycana kömək edəcəyik və sənin itkin ağır olacaq. Rusiya da bənzər bəyanatlar verir.

Paşinyanın xasiyyəti qəfil dəyişib

Bryza hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdən fərqli olaraq təəccüblü şəkildə sonradan mövqeyini radikal şəkildə dəyişib və indi hətta sələflərinin razılaşdırdığı Madrid prinsiplərindən geri çəkilir və bu da de-facto Minsk qrupunun danışıqlarının “ölməsi” deməkdir.

Bryza hesab edir ki, Paşinyan hökumətinin işğal olunmuş ərazilərdə Livandan və Suriyadan qaçqınlar yerləşdirməsi beynəlxalq hüququn pozulmasıdır:

“Ermənistanın Livanda, Suriyada təhlükəli durumda olan ermənilərə kömək etmək istəyi, onların qayğısına qalması çox gözəldir. Amma Dağlıq Qarabağ Ermənistan deyil. İşğal olunmuş yeddi rayon Ermənistan deyil. Ermənistanda çoxlu boş ərazi var, gözəl yerlər var. Mən bütün ölkəni gəzmişəm. Livandan və Suriyadan gələnləri orda yerləşdirmək, yeni həyata başlamalarına yardım etmək olar”.

'Bu cür sığınacaq bizi 'Qrad'dan necə qoruya bilər?'
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Matthew Bryza deyir ki, Dağlıq Qarabağda ermənilərin yerləşdirilməsi yeni fenomendir və Azərbaycan hakimiyyəti buna görə Ermənistanı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə verə bilər. Onun fikrincə, Azərbaycan bu işi məhkəmədə udsa, baş verənlərin bütün süjet xətti dəyişəcək.

Son günlər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttindən yenidən gərginliyin artması ilə bağlı məlumatlar gəlir. Tərəflər bir birini atəşkəsi pozmaqda günahlandırır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG