Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

ABŞ: Bir gündə 2018 ölü, amma epidemiyada səngimə əlamətləri var


Nyu Yorkun Hart adasındakı kütləvi məzarlıq
Nyu Yorkun Hart adasındakı kütləvi məzarlıq

ABŞ-da koronavirusdan bir gündə 2000-dən çox ölüm qeydə alınıb.

Bu, pandemiya başlanandan bəri bütün dünyada bir gündə COVID-19 virusundan ən böyük ölum rəqəmidir.

Johns Hopkins Universitetinin məlumatına görə son 24 saat ərzində Birləşmiş Ştatlarda 2018 ölüm qeydə alınıb.

Belə davam edərsə, ABŞ COVID-19 virusundan ölənlərin sayına görə İtaliyanı geridə qoyacaq.

Trump ölü sayının 100 mindən az olacağını gözləyir

Lakin Ağ Evdəki ekspertlər bildirirlər ki, epidemiyanın ABŞ boyunca yayılması yavaşımağa başlayıb.

Ağ Evin koronavirus işçi qrupunun əlaqələndiricisi doktor Deborah Birx deyib ki, epidemiyanın stabilləşdiyini göstərən əlamətlər var.

Lakin o dərhal da xəbərdarlıq edib ki, “biz hələ epidemiyanın pik nöqtəsinə çatmamışıq”.

ABŞ əsgərləri pulsuz ərzaq qutularını daşıyırlar
ABŞ əsgərləri pulsuz ərzaq qutularını daşıyırlar

Prezident Donald Trump da bildirib ki, o ABŞ-da ölüm sayının 100 mindən az olacağını gözləyir.

Birləşmiş Ştatlarda indiyədək koronavirusa yoluxmadan 18,693 nəfər ölüb. Bu virusa yoluxmaların toplam sayı 500, 399 nəfərdir.

Ölümlərin yarısı Nyu York bölgəsində qeydə alınıb.

Dünya üzrə COVID-19 virusuna yoluxmadan ölənlərin sayı 100 mini keçib.

Səngimə var, pik keçilməyib

Ekspertlərin proqnozuna görə ABŞ-da ölüm hallarının pik nöqtəsi gələn cümə günü çatmalıdır. Bundan sonra mayın 1-dək ölənlərin sayı gündə 970 ola bilər.

Trump administrasiyası məhz həmin gün iqtisadiyyatı açmağı planlaşdırıdı.

ABŞ-ın infeksion xəstəliklər üzrə baş eksperti doktor Anthony Fauci deyib ki, Birləşmiş Ştatlarda ölüm və yoluxma hallarının stabilləşməsi başlanıb.

O əlavə edib kİ, buna baxmayaraq sosial məsafə saxlanması kimi qaydalara əməl olunmaqda davam edilməlidir.

Doktor Birx isə deyib ki, stabilləşmə əsasən epidemiyanın ən ağır zərbəsinə məruz qalan yerlərdə gedir.

O bildirib ki, əhali sayı nəzərə alınarsa, ABŞ-da ölüm faizi başqa ölkələrdəkindən aşağıdır.

Doktor xəbərdarlıq edib ki, pik nöqtəsi hələ keçilməyib.

Kütləvi məzarlıq və immunitet vəsiqələri

Media xəbərlərində deyilir ki, ABŞ-da ölənlərin dəfni ilə bağlı ağır günlər yaşanır.

Ambulansların bütün günü boş küçəlrlə meyit daşıması Nyu York sakinlərini vahiməyə salır.

Ağ kisələrə salınmış cəsədləri xəstəxanaların həyətində dayanmış avtosoyuduculara yığırlar.

Hazırda Hart adasında ölənlərin torpağa tapşırılması üçün nəhəng səngərlər qazılır.

Meyitlər avtosoyuduculara yığılır
Meyitlər avtosoyuduculara yığılır

Bu ucqar məzarlığa yalnız katerlə getmək mümkündür və buradakı qəbirlərin əksəriyyətinin baş daşı yoxdur.

Belə nəhəng məzar səngərlərinin qazılması morqlarda yerin çatışmazlığı ilə bağlıdır.

Ailələr yaxın adamlarının cənazəsini həftələrlə gözləməli olurlar.

Bundan əvvəl doktor Fauci demişdi ki, hökumət hazırda xəstəlikdən sağalanlara immunitet vəsiqələri verilməsinin məqsədəuyğunluğunu götür-qoy edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG