Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:07

ABŞ Cənubi Osetiyadan Gürcüstan torpağının qəsbini dayandırmasını tələb edir


Cənubi Osetiya özünə "dövlət sərhədi" çəkir
Cənubi Osetiya özünə "dövlət sərhədi" çəkir

Birləşmiş Ştatların Gürcüstandakı səfirliyi aprelin 17-də separatçı Cənubi Osetiyada Rusiyaya bağlı qüvvələrin sərhədyanı bölgələrdə torpaq qəsbkarlığını bərpa etməsindən narahatlığını bildirib.

Rusiya Gürcüstanla 2008-ci il müharibəsindən və separatçı Cənubi Osetiyanın müstəqilliyini tanıyandan bəri bu bölgədə öz qoşunlarını saxlayır.

Buradakı separatçılar Rusiyaya güvənərək və onun təhriki ilə Cənubi Osetiya ilə Gürcüstan arasındakı inzibati sərhəd xəttini mütamadi olaraq Gürcüstan ərazisinin içərilərinə doğru genişləndirir.

Bununla faktiki olaraq Gürcüstan ərazisinin separatçı Cənubi Osetiya tərəfindən qəsbkarlığa məruz qalması davam edir.

Separatçı bölgənin ərazisi genişləndirilir
Separatçı bölgənin ərazisi genişləndirilir

ABŞ səfirlyinin bəyanatında deyilir ki, hazırda sərhədin genişləndirilməsi prosesi Taxtisdziri kəndi yaxınlığında müşahidə olunub.

Səfirliyin bəyanatında Cənubi Osetiyanın de facto rəhbərliyinin hətta Pravoslav Pasxası günlərində və ölümcül koronavirus epidemiyasının yayıldığı bir vaxtda vəziyyətdən istifadə etməklə Gürcüstan torpaqlarını tədricən qəsb etməsi kəskin tənqid olunur.

ABŞ səfirliyi Tsxinvalidən inzibati sərhəd boyunca nişanların qoyulmasının, hər hansı postların tikilməsinin və çəpər çəkilməsinin dayandırılmasını tələb edib.

Çəpər-çəpər, qarış-qarış zəbt

Birləşmiş Ştatlar bundan əvvəl Rusiya tərəfindən dəstəklənən separatçı rejimin inzibati sərhəd boyunca çəpərlər çəkməsi ilə bağlı narahatlığını bildirmişdi.

ABŞ Döbvlət Departamentinin sözçüsü xanım Morgan Ortagus avqust ayında bildirmişdi ki çəpərləmə prosesi ərazi sakinlərinin normal yaşayışına və təsərrüfat işlərinə mane olur.

Beləki separatçılar bu çəpərləri mümkün qədər Gürcüstanın içərilərinə itələməklə yerli fermerləri örüş və əkin yerlərindən, su mənbələrindən məhrum edirlər.

Cənubi Osetiyanın müstəqilliy yalnız Rusiya və bir ovic əhəmiyyətsiz ölkə tərəfindən tanınıb.

Abxaziya və Cənubi Osetiyanın ondan qoparılması ilə Gürcüstanı faktiki olaraq öz ərazisinin 20 faizindən məhrum edilib.

ABŞ səfirliyinin aprelin 17-də verdiyi bəyanatda habelə Rusiyadan bu ərazilərin işğalına son qoyması tələb edilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG