Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:59

ABŞ Belarus üzərinə yeni sanksiyalar elan edir


Belarus daxili işlər nazirinin birinc müavini Gennadi Kazakeviçin Birləşmiş Ştatlardakı hər hansı aktivləri dondurulacaq
Belarus daxili işlər nazirinin birinc müavini Gennadi Kazakeviçin Birləşmiş Ştatlardakı hər hansı aktivləri dondurulacaq

Birləşmiş Ştatlar mübahisəli prezident seçkisinin ardınca prezident Alyaksandr Lukaşenkanın seçilməsinə etiraz edənlərə divan tutulmasına görə Belarusun polis bölmələri və təhlükəsizlik rəsmilərinin üzərinə sanksiyalar qoyub.

ABŞ dövlət katibi Mayk Pompeo dekabrın 23-də onun təbirincə deyilərsə, “Belarus demokratiyasının sarsıdılmasına yönələn cəhdləri” pisləyib:

“Biz cəsur Belarus xalqının yanındayıq və onun azad və ədalətli seçki hüququnu dəstəkləyirik”.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, Belarus daxili işlər nazirinin birinc müavini Gennadi Kazakeviçin Birləşmiş Ştatlardakı hər hansı aktivləri dondurulacaq.

Kazakeviç ötən oktyabrda yayılmış videoda Belarus prezident seçkisinin rəsmi nəticələrinə etiraz edənlərə qarşı odlu silahlardan istifadə ediləcəyi ilə hədələyirdi.

Belarusda keçirilmiş 9 avqust prezident seçkisinin rəsmi nəticələrinə görə ölkəyə 26 ildir avtoritar rəhbərlik edən Alyaksandr Lukaşenka 6-cı dəfə qalib elan edilib.

Nümayişçilər bu nəticələrə etiraz edir, seçkinin Lukaşenkanın xeyrinə saxtalaşdırıldığını bildirirlər.

Belarusda seçki nəticələri elan edildikdən dərhal sonra on minlərlə etirazçı paytaxt Minsk və başqa şəhərlərin küçələrinə çıxıb.

Polis və DTK-ya sanksiyalar

ABŞ Maliyyə Nazirliyinin 23 dekabr tarixli bəyanatında bu da bildirlir ki, Belarusda üç təhlükəsizlik qurumu üzərinə də sanksiyalar qoyulur.

Bunlar Minsk Xüsusi Təyinatlı Polis Dəstəsi, Minsk İcraiyyə Komitəsi daxili işlər idarəsi və DTK-nın Alfa birləşməsidir.

Birləşmiş Ştatlar bundan əvvəl avqust seçkisinin saxtalaşdırılmasına görə Belarusun seçki rəsmiləri üzərinə sanksiyalar elan etmişdi.

Lakin dekabrın 23-də qəbul edilmiş sanksiyalar genişləndirilərək habelə Belarus MSK-ya şamil edilir.

Vaşinqton Lukaşenka üzərinə hələ 2006-cı ildən bəri sanksiyalar qoymuşdu.

Bu, ovaxtkı seçki nəticələrinə etiraz edənlərin təqibinə görə idi.

Avropa İttifaqı da Lukaşenka və onun oğullarından birinin üzərinə sərt sanksiyalar elan edib.

Bu sanksiyalar Lukaşnka və onun əsas rəsmilərinə Avropa İttifaqı ərazisinə səfərləri qadağan edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG