Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:54

ABŞ Belarus və Qırğızıstana da viza məhdudiyyəti tətbiq edəcək?


Trump administrasiyası vətəndaşlarının ABŞ-a səfərlərinə məhdudiyyət qoyulmuş ölkələrin siyahısnı genişləndirməyi planlaşdırır.

The Wall Street Journal qəzeti administrasiya rəsmilərinə istinadən yazır ki, bu siyahıya bəzi Afrika və Asiya ölkələrinin adları əlavə edilə bilər.

Qəzet yazır ki, administrasiya daha 7 ölkə üzərinə viza məhdiyyəti qoymaq niyyətindədir.

Bunlar Belarus, Eritrea, Qırğızıstan, Myanmar, Nigeriya, Sudan və Tanzaniyadır.

Bu da bildirilir ki, bu ölkələrin vətəndaşlarına birdəfəlik viza qadağanı qoyulmayacaq və məhdudiyyətlər vizanın bəzi spesifik növlərinə aid ediləcək.

Rəsmilər bildiriblər ki, bu siyahı son variant deyil. Bu ölkələrin adlarını ilk dəfə ABŞ-ın Politico nəşri açıqlayıb.

Administrasiya bildirir ki, bəzi ölkələrin vətəndaşlarının ABŞ-a səfərlərinə ölkənin terror aktlarından qorunması məqsədilə məhdudiyyət qoyulur.

Bundan əvvəl Trump administrasiyası əhalisi əsasən müsəlmanlardan ibarət 7 ölkəyə viza məhdudiyyəti qoymuşdu.

Administrasiyanın bu qərarı ABŞ məhkəmələri tərəfindən iki dəfə qanunsuz elan edilmişdi.

Lakin 2017-ci ilin sentyabrında redaktə olunmuş qadağanın üçüncü variantı Ali Məhkəmə tərəfindən dəstəklənib.

Hazırda vətəndaşlarının ABŞ-a səfərlərinə məhdudiyyət qoyulmuş ölkələrin arasında İran, Liviya, Somali, Suriya, Yəmən və Şimali Koreya da var. Venesuela rəsmilərinin də Birləşmiş Ştatlara səfərlərinə məhdudiyyət qoyulub.

İlkin siyahıdan fərqli olaraq burada əhalisi müsəlman olmayan ölkələr də var.

Dövlət Departamentinin məlumatına görə səfər məhdudiyyətinin qoyulması əsas etibarilə bu ölkələrin vətəndaşlarının ABŞ-da viza müddətindən artıq qalmasıdır.

XS
SM
MD
LG