Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

ABŞ şirkətindən Rusiya agenti kimi qeydiyyatdan keçməsi tələb edilib


ABŞ baş prokurorunun müavini John Demers deyib ki, “Amerika xalqı Birləşmiş Ştatlarda yayınlanan materialın arxasında hansı xarici bayrağın dalğalandığını bilmək haqqına malikdir”.
ABŞ baş prokurorunun müavini John Demers deyib ki, “Amerika xalqı Birləşmiş Ştatlarda yayınlanan materialın arxasında hansı xarici bayrağın dalğalandığını bilmək haqqına malikdir”.

ABŞ-da hakim, Floridada mənzillənmiş RM Broadcasting yayın şirkətinin ABŞ-ın Xarici Agentlərin Qeydiyyatı Qanununa (FARA) uyğun olaraq Rusiyanın agenti kimi qeydiyyatdan keçməsinə dair ABŞ Ədliyyə Nazirliyinin tələbini təsdiqləyib.

Mayın 13-də verilmiş bəyanatında ABŞ Ədliyyə Nazirliyi bildirirdi ki, RM Broadcasting “Rusiyanın Vladimir Putin tərəfindən yaradılmış və xaricdə Rusiya maraqlarını yürüdən dövlət media qurumunun agenti qismində fəaliyyət göstərib”.

Ədliyyə Nazirliyinin bəyantında deyilirdi ki, RM Broadcasting Vaşinqtondakı WZHF-AM radio stansiyası üçün efir vaxtı alaraq sonradan bu vaxtı sutkada 24 saat Moskvadan yayınlanan Sputnik radiosuna satır. Beləliklə də bu şirkət Sputnik radiosunun sahibi olan Rossiya Segodnya dövlət media qurumunun “göstərişi və nəzarəti” ilə fəaliyyət göstərmiş olur.

ABŞ-ın RM şirkəti bu iddiaları rədd edib və israr edib ki, o yalnız efir vaxtının verilməsini həyata keçirir və efirə verilən materiallara müdaxilə etmir.

Lakin ABŞ baş prokurorunun müavini John Demers deyib ki, “Amerika xalqı Birləşmiş Ştatlarda yayınlanan materialın arxasında hansı xarici bayrağın dalğalandığını bilmək haqqına malikdir”.

Baş prokuror müavininin sözlərinə görə narahatlıq efirə verilən materialın məzmunundan yox, onu efirə verənin kimliyinin şəffaf olmamasındadır.

Rusiya və ABŞ arasında gərgin münasibətlərin bir qismi də Rusiya mediası ilə ABŞ-da və ABŞ mediası ilə Rusiyadakı rəftarla bağlıdır.

Vladimir Putin və RT-nin baş redaktoru Margarita Simonyan
Vladimir Putin və RT-nin baş redaktoru Margarita Simonyan

FARA Birləşmiş Ştatlarda xarici ölkələr üçün “siyasi və ya yarımsiyasi qismdə” işləyən şəxslərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini tələb edir. Bu qanun 1938-ci ildə məxsusi olaraq ABŞ-da nasist təbliğatının və dezinformasiyanın yayılmasını önləmək məqsədilə qəbul olunub.

Çoxdankı çəkişmə

2017-ci ilin noyabrında Rusiyanın dövlət tərəfindən maliyyələşdirilən RT telekanalının ABŞ əməliyyatçısı - T&R Productions LLC şirkətindən də FARA qanununa uyğun olaraq xarici agent kimi qeydiyyatdan keçməsi tələb olunmuşdu.

Bundan iki gün sonra Sputnik radiosu ilə müqavilə imzalamış ABŞ radio stansiyası FARA qeydiyyatı üçün ərizə vermişdi.

Sputnik radiosu ABŞ-da FM tezliyində yayınlanır.

Bir neçə ay sonra Sputnik bildirmişdi ki, onun ABŞ-da mənzillənmiş partnyor şirkəti RIA Global LLC-dən də xarici agent kimi qeydiyyatdan keçməsi tələb olunub.

2017-ci ilin sonlarında Putin ölkənin Ədliyyə Nazirliyinə xarici media qurumlarına “xarici agent statusu” qoymaq səlahiyyəti verən qanunu imzalyıb.

Bundan az sonra Rusiya “Amerikanın Səsi”, AzadlıqRadiosu və onlara bağlı 7 xəbər xidmətini “xarici agent” elan edib.

AzadlıqRadiosu ABŞ Konqresindən verilən qrantla maliyyələşən özəl cə qeyri-mənfəət təşkilatlıdır. Ona ABŞ-ın Qlobal Media Agentliyi nəzarət edir.

ABŞ qanunu AzadlıqRadiosunun müstəqilliyini onunla ABŞ hökuməti arasında informasiya divarı yaratmaqla təmin edir.

ABŞ və Rusiya qanunları fərqlidir

ABŞ rəsmiləri israr edirlər ki, bu sahəyə aid ABŞ və Rusiya qanunları əsaslı şəkildə fərqlənir. Rusiya öz qanunvericiliyindən fərqli düşüncənin qarşısının alınması üçün istifadə edir.

Burası da var ki, RT öz proqramlarını Birləşmiş Ştatlarda kabel televiziyası vasitəsilə sərbəst yaya bilsə də, AzadlıqRadiosunun Rusiyadakı fəaliyyəti çoxdan məhdudlaşdırılıb. AzadlıqRadiosu inzibati təzyiqlər ucbatından artıq 2012-ci ilədək özünün demək olar bütün stansiyalarını bağlayıb. Nə AzadlıqRadiosunun, nə də Amerikanın Səsinin Rusiyada kabel televiziyasına çıxışı yoxdur.

AzadlıqRadiosu və “Amerikanın səsi” radiolarına ABŞ-ın dövlət qurumu olan Hamilərin Yayın Şurası nəzarət edir.

“Amerikanın səsi” federal vahid sayıldığı halda, AzadlıqRadiosu ABŞ Konqresinin qrantı ilə işləyən özəl qeyri-mənfəət təşkilatıdır.

RM şirkətinin vəkili Nicole Hughes Waid deyib ki, şirkət məhkəmə qərarı ilə razı deyil, lakin çəkişməxərclərinin böyüklüyünə görə apellyasiya şikayəti verməyəcək.

RM Broadcasting şirkətinin sahibi Nyu Yorkda yaşayan 76 yaşlı Arnold Ferolitodur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG