Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:28

Daha bir Rusiya mediası ABŞ-da ‘xarici agent’ olacaq


Rossiya Segodnya (Russia Today) şirkətinin Moskvadakı qərargahı

Rusiya dövlətinə bağlı Sputnik şəbəkəsi bildirib ki, Birləşmiş Ştatların hökuməti onun ABŞ-da mənzillənmiş partnyoru RIA Global LLC şirkətindən xarici agent kimi qeydiyyatdan keçməyi tələb edib.

Sputnik ABŞ Ədliyyə Nazirliyinin məktubuna istinadən bildirib ki, RIA Global şirkətini ABŞ Xarici Agentlərin Qeydiyyatı Qanununa əsasən qeydiyyatdan keçməyə borcludur. Bu qanun qısaca olaraq FARA (Foreign Agents Registration Act) kimi tanınır.

Sputnik-in dediyinə görə ABŞ Ədliyyə Nazirliyi bildirib ki, RIA Global materiallarını Rusiyanın Rossiya Segodnya dövlət şirkətinin və deməli Rusiya hökumətinin adından hazırlayır.

Məktubda deyilir ki, qeydiyyatdan keçməsi üçün şirkətə yanvarın 5-dən başlayaraq 30 gün vaxt verilib.

Rusiya və ABŞ arasındakı münasibətlərin gərginliyinə səbəblər arasında Rusiya medialarına ABŞ-da və ABŞ medialarına Rusiyada münasibətdən qarşılıqlı narazılıq da var.

Rusiya prezidenti Vladimir Putin ötən noyabrda ölkənin Ədliyyə Nazirliyinə xarici mediaları “xarici agent” kimi qeydiyyatdan keçirmək hüququ verən qanunu imzalayıb.

Moskva bildirir ki, Qərb hökumətləri və qlobal media qurumları tərəfindən kəskin tənqid edilən bu qanun Rusiya mediaları ilə ABŞ-dakı rəftara cavab addımıdır. ABŞ hökuməti ötən il Rusiyanın dövlət RT telekanalının “xarici agent” kimi qeydiyyatını tələb etmişdi.

Birləşmiş Ştatlar ölkədəki Rusiya medialarının sıxışdırıldığlı barədə iddiaları rədd edir.

FARA Birləşmiş Ştatlarda xarici ölkələr üçün “siyasi və ya yarımsiyasi qismdə” işləyən şəxslərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini tələb edir. Bu qanun 1938-ci ildə məxsusi olaraq ABŞ-da nasist təbliğatının və dezinformasiyanın yayılmasını önləmək məqsədilə qəbul olunub.

Sputnik ABŞ Ədliyyə Nazirliyinin məktubuna istinadən bildirir ki, "Rossiya Segodnya və RIA Global şirkətləri xarici agent kimi qeydiyyatdan keçdikdən sonra istədikləri materialları hazırlayıb efirə verməkdə davam edə bilərlər, amma bu halda həmin materailların “xarici agent” tərəfindən hazırlandığı göstərilməlidir.

Ötən il Vaşinqton rayonunda Sputnik-in materiallarını efirə verən radiostansiya ABŞ qanununa uyğun olaraq xarici agent kimi qeydiyyatdan keçib. Radiostansiyanın sahibi Reston Translator adlı Virciniya şirkəti bu barədə müvafiq sənədləri Ədliyyə Nazirliyinə ötən noyabrda təqdim etmişdi.

Dekabr ayında Rusiyanın Ədliyyə Nazirliyi “Amerikanın səsi” vəAzadlıqRadiosuna bağlı 7 xəbər xidmətini xarici agent kimi qeydiyyata salıb.

Burası da var ki, RT öz proqramlarını Birləşmiş Ştatlarda kabel televiziyası vasitəsilə sərbəst yaya bilsə də, AzadlıqRadiosunun Rusiyadakı fəaliyyəti çoxdan məhdudlaşdırılıb. AzadlıqRadiosu inzibati təzyiqlər ucbatından artıq 2012-ci ilədək özünün demək olar bütün stansiyalarını bağlayıb. Nə AzadlıqRadiosunun, nə də Amerikanın səsinin Rusiyada kabel televiziyasına girişi yoxdur.

AzadlıqRadiosu və “Amerikanın səsi” radiolarına ABŞ-ın dövlət qurumu olan Hamilərin Yayın Şurası nəzarət edir.

“Amerikanın səsi” federal vahid sayıldığı halda, AzadlıqRadiosu ABŞ Konqresinin qrantı ilə işləyən özəl qeyri-mənfəət təşkilatıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG