Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:20

ABŞ uyğurlara görə Çin rəsmilərinə sanksiyalar qoyur


Çin Kommunist Partiyasının Sintzyan üzrə birinci katibi Chen Quanguo
Çin Kommunist Partiyasının Sintzyan üzrə birinci katibi Chen Quanguo

Çin Birləşmiş Ştatların sanksiyalarına cavab olaraq qarşılıqlı tədbirlər qəbul edəcəyini deyib.

“ABŞ-ın addımları Çinin daxili işlərinə ciddi şəkildə müdaxilədir, beynəlxalq münasibətlərin təməl normalarını ciddi şəkildə pozur, Çin-ABŞ münasibətlərinə ciddi ziyan vurur”, – Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian jurnalistlərə deyib.

O, tədbirlərin nə vaxtdan qüvvəyə minəcəyi haqda detallı danışmayıb.

***

Birləşmiş Ştatlar Sintzyan vilayətində uyğurlara və əksərən müsəlmanlar daxil, başqa azlıqlara qarşı “dəhşətli və sistematik” insan haqları pozuntuları törətmiş vəzifəli Çin rəsmilərinə sanksiyalar elan edib.

ABŞ dövlət katibi Mike Pompeo iyulun 9-da bu barədə bəyanat verib:

“Birləşmiş Ştatlar Çin Kommunist Partiyasının uyğurları, etnik qazaxları və Sintzyandakı başqa azlıqları hədəfləyən insan haqları pozuntularına, o cümlədən məcburi əmək, qanunsuz kütləvi saxlama və əhali sayına zorakı nəzarət və azlıqların mədəniyyətinin və İslam etiqadının silinməsi cəhdlərinə biganə qalmayacaq”.

Bu sanksiyalar üç Çin rəsmisinə ABŞ vizalarının verilməsindən imtina olunmasını və onların ABŞ-dakı aktivlərinin dondurulmasını nəzərdə tutur.

Sözü gedən üç rəsmidən biri Çin Kommunist Partiyasının Sintzyan üzrə birinci katibi və iddia olunduğuna görə dini və etnik azlqılara qarşı repressiyaların memarı sayılan Chen Quanguo-dur.

Sanksiyalara məruz qalan digər rəsmilər Sintzyan regionunun siyasi-hüquqi komitəsinin keçmiş sədri Zhu Hailun və Sintzyan təhlükəsizliyinin rəhbəri Wang Mingshan-dır.

ABŞ Maliyyə Nazirliyi habelə Sintzyan vilayətinin keçmiş təhlükəsizlik rəsmisi Huo Liujun-a da sanksiya qoyub.

Çinə qarşı sanksiyalar davam edəcək

ABŞ-ın bu sanksiyalarından məqsəd 1 milyondan çox uyğuru və başqa müsəlman azlıqları düşərgə və həbsxanalara salan Çinin üzərinə təzyiqi artırmaqdır.

Çin iddia edir ki, sözü gedən düşərgələr separatçı terrora və ekstremizmə qarşı tədbir kimi yaradılıb.

İyulun 1-də Vaşinqton ABŞ-ın bütün bizneslərinə Sintzyan rayonunda məcburi əməyin məhsulu olan malların alınmasından imtina etməyi tapşırıb.

Sintzyandakı insan haqları pozuntularına görə Çinin onlarca biznes vahidlərinə də sanksiyalar elan edilib.

Pompeo bildirib ki, Çinin üzərinə Honq Konqda törədilmiş insan haqları pozuntularına görə də sanskiyalar qoyulacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG