Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:13

Aşqabad – dünyanın ən bahalı şəhəri


Türkmənistanda ərzaq növbəsi
Türkmənistanda ərzaq növbəsi

Avtokratik hökumətin idarə etdiyi, qazla zəngin Türkmənistanda iqtisadi böhran çoxlarını yoxsulluğa sürükləyib

Mercer təşkilatı 2021-ci il üçün dünyanın 209 şəhərində yaşamağın qiymətini hesablayıb. Bu il dünyada əcnəbi işçilər üçün ən bahalı şəhərlər Aşqabad, Honq Konq və Beyrut hesab olunub.

Bir milyon əhalisi olan Aşqabad Honq Konqu ikinci yerə salıb.

Bakı və qonşuları

İlk onluqda daha sonra Tokio, Sürix, Şanxay, Sinqapur, Cenevrə, Pekin, Bern yer alıb.

Bakı 172-ci yerdədir, yəni, əcnəbi işçilər üçün elə də bahalı şəhər sayılmır. Qonşulardan Rusiyanın paytaxtı Moskva 62, Ermənistan paytaxtı Yerevan 195, Gürcüstan paytaxtı Tbilisi isə 207-cidir.

Qırğızıstan paytaxtı Bişkek sonuncu – 209-cu yeri tutub.

Yaşamağın qiyməti ev, nəqliyyat, ərzaq kimi xərclərlə ölçülür. Mercer-in reytinqi dünyada şirkətlərə və hökumətlərə əcnəbi işçilər üçün əməkhaqqını müəyyənləşdirməkdə kömək edir.

Aşqabad necə birinci oldu

“BBC” yazır ki, ilk onluqda yer alan şəhərlərin əksəriyyəti biznes hablarıdır, iqtisadi artım evləri, digər xərcləri bahalaşdırıb.

Aşqabad isə birinciliyi rifahına görə deyil, iqtisadi problemlərə görə qazanıb.

“Mercer”dən Jan Filip Sarra “Frans Pres”ə deyib ki, Aşqabadın ötənilki ikinci yerdən bu il siyahının başa keçməsinin səbəbi “yüksək inflyasiya”dır. Yəni, mal və xidmətlərin qiyməti zamanla artıb.

Avtokratik hökumətin idarə etdiyi, qazla zəngin Türkmənistanda iqtisadi böhran çoxlarını yoxsulluğa sürükləyib.

Sakinlər bəzən çörək, un almaqdan ötrü saatlarla növbəyə dururlar.

Livanın paytaxtı Beyrut isə ötən il 45-ci yerdə idi, bu il 3-cüdür. Mercer bu sıçrayışı son illər ölkədəki “siyasi çaxnaşma”, “ağır və genişmiqyaslı depressiya” ilə əlaqələndirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG