Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 04:07

Prezident iqtisadi inkişafdan danışandan sona qiymətlər bahalaşıb


Qurbanquly Berdimuhammedov, arxiv foto
Qurbanquly Berdimuhammedov, arxiv foto

Türkmənistanda dövlət mağazalarında məhdud miqdarda və sabit qiymətlərlə satılan əsas qida məhsullarının qiymətləri artıb. Qəfil bahalaşma fevralın 25-də prezidentin millət vəkilləri ilə görüşdəki çıxışından sonra baş verib.

Beləki o tarixə qədər dövlət mağazalarında bir kiloqramı 7 manat (2 dollar) olan şəkər indi 9 manata, bitki yağının litri 13 manatdan 19 manata, toyuq budu 10 manatdan 16 manata qalxıb.

Çörək, un, yumurta, şəkər, bitki yağı və toyuq budu Türkmənistan əhalisi üçün ən çox tələb olunan qida məhsullarıdır. Uzun müddət davam edən iqtisadi böhran şəraitində bu məhsulları dövlət mağazalarından sabit qiymətə almaq böyük əksəriyyətin yeganə çıxış yolu olub.

Qurbanqulu Berdimuhamedov, 7 yanvar 2019
Qurbanqulu Berdimuhamedov, 7 yanvar 2019

Tükmənistan prezidenti Qurbanqulu Berdimuhemmedovun fevralın 25-də "ölkəmizdə qida bolluğunun yaradılmasına, əhalinin ekoloji cəhətdən təmiz məhsullarla təmin olunmasına xüsusi əhəmiyyət veririk" fikirlərindən sonra qiymətlər bahalaşıb.
Subsidiyalı məhsulların qiymətlərinin artırılması ilə bağlı rəsmi bir göstərişin olub-olmadığını açıqlanmır.

Amma prezidentin bu bəynatı dövlət mağazalarında uzun müddətdən bəri davam edən ərzaq qıtlığı ilə bağlı narahatlığın gücləndiyi bir vaxtda səslənib.

Son bir həftə ərzində məhsulların dövlət qiymətinə satıldığı hər yerdə fasilələr və əzaq çatışmazlığı var. Hətta bəzi mağazalarda adamlara satılan əzaqların üzərinə məcburən vaxtı ötmüş içikilər və düyü əlavə edilir.

Kimə nə qədər belə vaxtı keçmiş ərzaq verilməsini isə satıcılar özləri müəyyənləşdirirlər.

Bahalaşma qıtlığı...

Satıcıların dediyinə görə, qiymətlərin bahalaşması qıtlığı çətin aradan qaldısın.

"Kommersiya mağazalarında qəndin bir kiloqramı 23 manat, dövlət dükanlarında isə 9 manatdır. Buna görə, yenə də əvvəl olduğu kimi malları vaxtı keçmiş əzaqları əlavə etməklə satacağıq" deyə əzaq mağazalarındakı satıcılardan biri deyib.


Son bir ayda paytaxtda normativ qida tədarükünə, əhali üçün məhdud bir aylıq qida rasionunun olmasına və anbarda qida çatışmazlığına baxmayaraq, dövlət mağazalarında böyük növbələr olur.

Aşqabad, arxiv foto
Aşqabad, arxiv foto

Türkmənistanın bölgələrində əhali aylarla çörək və un nömasını ala bilmir. Verilən məlumatlara görə, bu günlərdə Marı şəhərində səhər saat 8-dən dövlət mağazaları qarşısıda böyük növbələr müşahidə olunmaqdadır.

Bir çox bölgədə insanlar aylıq un nömalarını 3 aydan bəri ala bilmirlər. Çoxları hər gün dükanlara gəlir və növbədə dayandıqdan sonra əliboş qayıdırlar.

Böhran və kəskin qida çatışmazlığı kontekstində son illərdə Tükmənistanda qida rasionları, sertifikatlara tələblər, alış məbləğindəki məhdudiyyətlər, ödəmə üsulu, məktəblilərə satışa qadağa, arxa qapıdan ərzaq satma və növbə qadağası tətbiq edilib. Vaxtı keçmiş malların satılması praktikasından da geniş istifadə olunur.

Ölkədə üç ildən çoxdur ki, ərzaq böhranının davam etməsinə baxmayaraq, ölkə səlahiyyətliləri problemi görmürlər.

Fevralln 25-də parlament iclasında Prezident bir daha ölkənin "iqtisadi artımın sabit dinamikasını təmin etdiyini və rəqabət qabiliyyətini gücləndirdiyini" bildirib. Eyni zamanda sənayedə, sosial sahədə yüksək səviyyələrə çatmaq üçün "konkret tədbirlər" həyata keçirildiyi və əhalinin rifah səviyyəsin də artdığını deyib

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG