Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Berdymukhammedov indi də mənəviyyat haqqında kitab yazıb


Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov “Türkmənlərin mənəvi dünyası” adlı kitab yazıb.

Türkmənistanın rəsmi mediası yazır ki, bu kitab türkmən xalqının milli ənənələrinə həsr edilib.

Bu da qeyd olunur ki, 12 fəsildən ibarət kitab – “Türkmənistan neytrallığın vətənidir” devizi altında çap olunur.

Bu kitabda “həyatın gözəlliyindən”, “Yer üzündə firavanlıqdan”, “varlığın əbədiliyindən”, “elm və təhsilin cəmiyyətin inkişafındakı rolundan”, “sağlam həyat tərzinin əsaslarından” “əməksevərlik və qonaqpərvərlikdən”, habelə “mənəvi dayaqlar və birlikdən” bəhs olunur.

20 dildə, 3D formatda

Rəsmi saytların xəbər verdiyinə görə türkmən lider kitabın yazılması üçün “tarixi mənbələri öyrənib, sistemləşdirib və ümumiləşdirib”.

Kitabda həmçinin xalq rəvayət və əfsanələrinin bazasında “şüurluluqdan və başlanan işin başa çatdırılmasının mühümlüyündən” bəhs edilir.

Prezident deyib ki, onun bu kitabı Türkmənistanın Müstəqillik Gününə layiqli hədiyyə olacaq.

Gurbanguly Berdymukhammedov bundan əvvəl dərman bitkiləri, atlar, çay, xoşbəxt həyat və başqa mövzularda 40-dək kitab yazıb.

Onun “əsərlərindən” ibarət elektron kitabxanada kitablar 20 dildə, 3D formatında audio-vizual effektlərlə yerləşdirilib.

Bütün telekanalların qəhrəmanı

Telekanallarda əyləncəli şou proqramlarının yerinə prezidentin kitablarından oxu saatlarına başlanıb.

Bu saatlar ərzində aktyorlar prezidentin yazdıqlarını ifadəli şəkildə oxuyurlar.

Türkmənistanda dövlət telekanalları prezindentin idman etməsini, şeir və mahnı yazmasını, habelə DJ-lik etməsini göstərirlər.

Prezident Bedymukhammedov beynəlxalq təşkilatlar tərəfindən avtokratik üsul-idarəsinə görə daim tənqid olunur.

Türkmənistan əslində dünyanın ən qapalı ölkələrindən biridir. Bəzi xəbərlərə görə koronavirus ölkədə tüğyan etsə də, rəsmilər virusun varlığını inkar edir, COVID-19-dan ölənlərin məzarlarını gizlədirlər.

Son illərdə ölkədə ciddi ərzaq qıtlığı yaşanır və əsas gündəlik tələbat malları talonla verilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG