Keçid linkləri

Təcili xəbərlər
2023, 06 İyun, çərşənbə axşamı, Bakı vaxtı 04:25

Keçmiş Ağ Ev müşaviri Ukrayna barədə yalan məlumat verməkdə ittiham olunur


Greg Craig

Prezident Barack Obamanın administrasiyasında çalışmış keçmiş Ağ Ev müşaviri Greg Craig saxta ifadələr verməkdə və 2012-ci ildə Ukraynada gördüyü işlər barədə informasiyanı gizlətməkdə ittiham olunur.

Bu ittihamlar Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller-in təhqiqatından qaynaqlanıb.

Bu ittihamları aprelin 11-də Vaşinqton şəhərinin prokuroru elan edib.

74 yaşlı Craig 2012-ci ildə hazırladığı hesabatda Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenko-nun mühakimə edilməsinə haqq qazandırmaqla ABŞ Ədliyyə Nazirliyinə yalan məlumat verməkdə günahlandırılır.

Tymoshenko həmin dövrdə Moskvaya bağlı keçmiş prezident Viktor Yanukovych-in opponenti idi.

Tymoshenko 2011-ci ildə korrupsiya ittihamları ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Yanukovych Avropa İnsan Haqları Məhkəməsi qarşısında Tymoshenko-nun mühakiməsinə haqq qazandırarkən amerikalı müşavirin yazdığı hesabatdan faydalanmışdı.

Craig barədə cinayət təhqiqatı prezident Dionald Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manafort barədə araşdırmadan qaynaqlanmışdı. Manafort da Yanukovych-in rusiyayönlü Regionlar Partiyası üçün işləmişdi.

Vəkilləri bildiriblər ki, Craig “Ukraynada öz müştərisinin vəkili kimi yox, qanunun aliliyi üzrə müstəqil ekspert kimi çalışıb” və üstəlik Yanukovych üçün lobbiçilik etmək barədə Manafortun ricalarını rədd edib.

Vəkillər bildiriblər ki, Craig ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli sayıla bilməz.

Yanukovych Manafortun lobbiçilik üzrə müştərilərindən biri idi. Manafort hazırda ABŞ məhkəməsi tərəfindən məhkum edildiyi 7 il yarımlıq azadlıqdan məhrumetmə cəzasını çəkir.

Manafortun işi Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini araşdıran Mueller-in irəli sürdüyü ilk ittiham idi.

Obamanın ilk müşaviri olmuş Craig Vaşinqtonda tanınmış vəkillərdən biri sayılır. İttihamlar üzrə onu 10 ilədək həbsxana cəzası gözləyə bilər.

XS
SM
MD
LG