Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:10

'Ukrayna, Gürcüstan və Qazaxıstanla bağlı amerikalı' ittiham olunur


Xüsusi prokuror Robert Mueller
Xüsusi prokuror Robert Mueller

Vaşinqtonun veteran funksioneri və xüsusi prokuror Robert Mueller tərəfindən barəsində cinayət işi qaldırılmış rusyalı-ukraynalı subyektin partnyoru Samuel Patten Birləşmiş Ştatların xarici agentlər barədə qanununu pozmaqda ittiham edilir.

Vaşinqton prokurorunun sözlərinə görə, avqustun 31-də açılmış cinayət işində deyilir ki, Patten 2014-2018-ci illər arasında Xarici Agentlərin Qeydiyyatı Qanununun tələblərini pozaraq ABŞ hökumətinə məlumat vermədən Ukraynanın müxalif – Müxalifət Bloku üçün işləyib.

Patten avqustun 31-də Vaşinqton federal məhkəməsi qarşısındakı ilk ifadəsində deyib ki, təqsirin etiraf edilməsinə dair sazişə girib. Reuters bunu da əlavə edir ki, Patten prokurorlarla əməkdaşlıq etməyə razılıq verib.

Bir həftə bundan əvvəl Patten AzadlıqRadiosunun müsahibə ricasını rədd etmişdi.

Paul Manafort
Paul Manafort

Diqqəti cəlb edən məqam budur ki, bu ittiham Rusiyanın 2016-cı ilin ABŞ seçkisinə müdaxiləsini araşdıran Mueller tərəfindən irəli sürülməyib. Prezident Donald Trump-ın keçmiş kampaniya başçısı Paul Manafort-a qarşı cinayət işini məhz Robert Mueller açıb.

Manafort 2010-2014-cü illər arasında Ukraynanın rusiyayönlü prezidenti Viktor Yanukovych-in Regionlar Partiyası üçün işləyərkən vergidən yayınmaqda və bank dələduzluğunda ittiham olunub.

Manafort sonralar Müxalifət Bloku üçün də konsaltinq işi görüb. Bu bloku 2014-cü ilin fevralında Yanukovych ölkədən qaçdıqdan sonra onun Regionlar Partiyasının üzvləri yaratmışdılar.

Manafort-un ikinci məhkəməsi sentyabr ayında Vaşinqtonda olmalıdır. Orada ona qarşı Mueller tərəfindən irəli sürülmüş ittihamlara baxılacaq. Mueller Manafort-u Birləşmiş Ştatlara qarşı fırıldaqçılıq cəhdində, şahidlərə təsir göstərməkdə və xarici agent kimi qeydiyyatdan keçməməkdə ittiham edib.

Bu ittihamlar Manafort-un həm Regionlar Partiyası, həm də Müxalifət Bloku üçün gördüyü işdən qaynaqlanır.

Mueller Manafort-u şahidlərə təsir göstərməkdə ittiham edərkən həm də Ukraynada Manafort-un işgörəni sayılan Konstantin Kilimnikə qarşı ittihamlar irəli sürmüşdü. Mueller iddia edirdi ki, Kilimnikin Rusiyanın kəşfiyyat orqanları ilə bağları var.

Avqustun 31-də məhkəməyə təqdim olunmuş sənədlərdə Kilimnikin adı çəkilmir, sadəcə olaraq qeyd edilir ki, Patten Əcnəbi A şərti adı ilə göstərilən Rusiya vətəndaşı ilə işləyib. Lakin Əcnəbi A-nın bütün başqa əlamətləri Kilimnikin şəxsiyyətinə uyğun gəlir.

Məhkəmə sənədlərinə görə Patten və Əcnəbi A Birləşmiş Ştatlarda şirkət açıblar və bu şirkətə Müxalifət Bloku üçün görülmüş işə görə 1 milyon dollardan çox pul köçürülüb.

Məhkəmə sənədlərində deyilir ki, Patten həm də Əcnəbi B şərti adlı başqa bir şəxslə işləyib. Patten həmin şəxsə 2017-ci ildə lobbiçi məqalələr yazmaqda və onları ABŞ mediasında dərc etməkdə köməklik göstərib.

U.S. News & World Report adlı jurnal 2017-ci ilin 6 fevralında Serhiy Lyovochkin-in məqaləsini dərc edib. Lyovochkin Müxalifət Blokunun millət vəkillərindəndir və onun Manafort-a ödənişləri sonuncunun məhkəmə sənədlərində qeyd olunur.

Gürcüstanın keçmiş müdafiə naziri Irakli Alasania
Gürcüstanın keçmiş müdafiə naziri Irakli Alasania

Patten habelə Gürcüstanda işləyib. O bildirib ki, keçmiş müdafiə naziri Irakli Alasania-nın Azad Demokratlar qrupuna konsaltinq xidməti göstərib.

Patten Qazaxıstanda da iş görüb. O Coca-Cola və Texaco kimi transmilli şirkətlərə məsləhətçilik edib, habelə Qazaxıstanda Beynəlxalq Respublikaçı İnstitutunun filialını açıb. Bu, demokratiya və seçkilər sahəsində maarifləndirmə işi aparan QHT-dir.

Patten 2001-2004-cü illərdə həmin QHT-nin Moskva ofisinə rəhbərlik edib. Kilimnik də 2005-ci ilədək burada işləyib. Məlum olub ki, Kilimnik eyni zamanda Kremlə bağlı oliqarx Oleg Deripaskaya işləyirmiş.

Mueller-in təhqiqatı indiyədək, Trump-ın ilk milli təhlükəsizlik müşaviri Michael Flynn də daxil 32 nəfərə qarşı cinayət işləri ilə nəticələnib.

Bu təhqiqatın gedişində Trump-ın şəxsi vəkili Michael Cohen təqsirini etiraf edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG