Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:23

Akif İslamzadə: «İstərdim ki, xalqın yaddaşında siyasətçi kimi yox, sənətçi kimi qalım»


Akif İslamzadə
Akif İslamzadə
Novruz bayramı ərəfəsində studiyamıza dəvət etdiyimiz bu adam millətinə və onun adət-ənənəsinə, dövlətinə və onun atributlarına, tanrısına və sənətinə mümkün qədər sədaqətli olmağa çalışır. Bir insan kimi həyatdakı mövqeyinə görə onu müxtəlif cür təqdim edə bilərdim: böyük sənətkar, xalq hərəkatının üzvü, siyasi partiyalardan birinin təmsilçisi və s. Ancaq bunları etmirəm. Çünki həyat yolunu adından və soyadından daha səhih ifadə edəcək təqdimat düşünmək mümkün deyil. Beləliklə, həmsöhbətimiz sadəcə Akif İslamzadədir

– Siz siyasətdə də varsınız. Amma nədənsə Azərbaycan adamı Sizi deyək ki, küçədə görəndə, 20 il keçməsinə baxmayaraq daha çox sənətkar kimi qəbul edib tanıyır



"Azadlıq" radiosunun müxbiri İlqar Rəsulun Akif İslamzadə ilə söhbəti
– Mən özüm də istərdim ki, xalqımın yaddaşında siyasətçi kimi yox, sənətçi kimi qalım. Çünki o, ən böyük dərəcədir, ən böyük məqamdır mənim üçün. Əgər bu gün mən xalqın yaddaşında Akif İslamzadə olaraq həm bir müğənni, həm də bir vətəndaş kimi qala bilirəmsə, mənim üçün bundan böyük şərəf ola bilməz.


– Hansı mahnı ürəyinizdən keçir, hansını içinizdə zümzümə edirsiniz daha çox?


– Bəzən "Bura vətəndir", bəzən "Qaragilə", bəzən "Sarı gəlin", bəzən də "Bu gecə". O, haldan asılıdır. Onların hamısında əziyyət olub. Biz onları cismimizdən çox ruhumuzla oxumuşuq. Bəlkə elə buna görə də bu günə qədər heç kəs təkrar edə bilmir...






ƏTRAFLI AUDİO HİSSƏDƏ


XS
SM
MD
LG