Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:59

Çeçenistanda öldürülən yaraqlı əl-Qaidənin agenti olubmuş


Rusiya rəsmiləri bildirir ki, təhlükəsizlik qüvvələrinin aprelin 21-də öldürdüyü yaraqlı – Əl-Qaidənin Şimali Qafqazdakı agenti olub. Milli Anti-terror komitəsinin yaydığı məlumatda deyilir ki, Moganned adlı yaraqlı dünən təhlükəsizlik qüvvələri ilə toqquşmada öldürülən 3 adamdan biridir.

Hadisə Çeçenistanın Şali rayonunda qeydə alınıb.

Komitə sözçüsü Nikolay Sintsov bildirib ki, Doku Umarovla yanaşı Mogannedin də region yaraqlıları arasında aparıcı mövqeyi olub. Təhlükəsizlik qüvvələrinin illərdir Umarovu öldürmək cəhdi alınmır.

Rusiya rəsmiləri bildirirlər ki, səudiyyə əsilli yaraqlı Moganned xaricdən yaraqlılara pul gətirirmiş və son illər Rusiyadakı bütün böyük hücumlarda iştirak edib.
XS
SM
MD
LG