Keçid linkləri

2026, 02 May, şənbə, Bakı vaxtı 09:05

Həbs olunan 6 müxalifətçidən 3-nün həbsi başa çatır

Aprelin 22-də müxalif İctimai Palatanın aprelin 17-də Bakının mərkəzində keçirdiyi aksiyada tutularaq inzibati həbs cəzası alan 6 nəfərdən 3-ü azadlığa buraxılmalıdır.

Söhbət 5 sutka həbsə məhkum olunan Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Rüfət Hacıbəyli, AXCP sədrinin müavini Gözəl Bayramlı, AXCP üzvü Sahib Rüstəmlidən gedir.

İctimai Palatanın 17 aprel aksiyası zamanı onlarla adam saxlanıb.
This item is part of
XS
SM
MD
LG