Aprelin 17-də aksiya keçirməyə cəhd zamanı saxlanılan AXCP sədrinin müavini Gözəl Bayramlı və Müsavat partiyası Sumqayıt şəhər təmsilçisi Fəxrəddin Abbas apellyasiya şikayəti veriblər. Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, bu gün hər iki şəxsin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.
Qeyd edək ki, Nəsimi rayon məhkəməsinin qərarı ilə G. Bayramlı 5 sutka azadlıqdan məhrum edilib. Fəxrəddin Abbas isə 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib
Qeyd edək ki, Nəsimi rayon məhkəməsinin qərarı ilə G. Bayramlı 5 sutka azadlıqdan məhrum edilib. Fəxrəddin Abbas isə 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib