Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 02:20

Kubada vətəndaşlar mülkiyyət alıb-sata biləcək

Kubada 1959-cu il inqilabından sonra ilk dəfədir ki, vətəndaşlara mülkiyyət alıb-satmağa icazə veriləcək. Aprelin 18-də Kommunist partiyasının iclasında buna qərar verilib.

Buna qədər kubalılar yalnız öz mənzillərini övladlarına irsiyyət yolu ilə verə və ya dəyişdirə bilirdilər.

Sabiq Kuba prezidenti və inqilabının lideri olmuş Fidel Kastro bu qərarı müdafiə edib.

Dünənki iclasda Kuba prezidenti Raul Kastro bildirib ki, əsas hakim postlara təyinat iki 5 illiklə məhdudlaşmalıdır.
This item is part of
XS
SM
MD
LG