Keçid linkləri

2025, 17 May, şənbə, Bakı vaxtı 12:27

Bakıdan Moskvaya uçan təyyarəni ildırım vurub


İyulun 19-da Bakıdan Moskvaya uçan sərnişin təyyarəsini ildırım vurub
İyulun 19-da Bakıdan Moskvaya uçan sərnişin təyyarəsini ildırım vurub

İyulun 19-da səhər saatlarında Bakıdan Moskvaya uçan A-319 tipli sərnişin təyyarəsini Moskvanın «Şeremetyovo» hava limanı üzərində ildırım vurub.


Rusiya KİV-ləri xəbər yayıb ki, həmin gün Moskvada güclü qasırğa olub, bir neçə nəfər isə ildırım vurması nəticəsində xəstəxanaya düşübmüş.


Təyyarəni ildırım 4 min metr yüksəklikdə, yerə enməyə hazırlaşdığı vaxt vurub. Zərbə nəticəsində aerobusun mühərriklərindən biri dayanıb. Amma pilotlar təyyarəni aeroporta sağ-salamat endirə biliblər. «Media forum»


XS
SM
MD
LG