Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 15:10

Ərəb ölkələrində işsizliyin səviyyəsi daha yüksəkdir


Ərəb ölkələrində işsizliyin səviyyəsi 14 faizi keçir
Ərəb ölkələrində işsizliyin səviyyəsi 14 faizi keçir

Ərəb ölkələrində işsizliyin səviyyəsi dünyanın digər bölgələrindən daha yüksəkdir. Ərəb Əmək Təşkilatının xüsusi hesabatında belə deyilir.


Ərəb Ölkələri Liqasının Baş katibi Əmr Musa deyib ki, bəzi ərəb ölkələrində işsizliyin səviyyəsi 66 faizdir. Təhsil sisteminin natamam olması bu vəziyyəti bir az da gərginləşdirib.


O, təcili addımların atılmasının vacib olduğunu bildirib.


Ümumilikdə ərəb ölkələrində işsizliyin səviyyəsi 14 faizi keçir.


XS
SM
MD
LG