Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

«Amerika özünü də, müttəfiqlərini də qoruyacaq»


Rays Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüb
Rays Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüb

«İranın şübhəsi olmasın ki, Amerika özünü də, müttəfiqlərini də qoruyacaq». ABŞ-ın Dövlət katibi Kondoliza Rays Tbilisidə belə deyib. O, iyulun 9-dan Gürcüstandadır. Həmin gün xanım Rays Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüb.


Saakaşviliylə birgə keçirdiyi brifinqdə Kondoliza Rays Rusiyanı Gürcüstanda gərginlik yaratmamağa, gərginliyi azaltmağa yardım etməyə çağırıb:


«Rusiya BMT-nin Gürcüstanla dostluq qrupunun üzvüdür. Moskva doğrudan da başqa yolla hərəkət etməlidir. Yəni problemin həllində iştirak etməlidir, yaranmasında yox».


Kondoliza Rays iyulun 10-da Gürcüstan müxalifəti ilə görüşüb. Görüşdə müxalifət liderləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, o cümlədən keçmiş spiker Nino Burcanadze iştirak edib. Müxalifət liderləri görüşdə ölkənin separatçı regionlardakı vəziyyəti, NATO-ya üzvlük, demokratiya məsələsini qaldıracaqlarını bildiriblər.


Leyboristlərin lideri Şalva Natelaşvili toplantıdan əvvəl deyib ki, onlar Raysdan Saakaşvilini «necə gətiriblərsə, eləcə də qaytarmaqlarını» istəyəcək.


Bu arada Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Tbilisinin addımları Cənubi Qafqazı silahlı münaqişə təhlükəsiylə üz-üzə qoya bilər:


«Təxribatçıları müdafiə edib, Moskvanı günahlandıranlar Gürcüstan rəhbərliyinə ziyan edir, onlarda cəzasızlıq hissini gücləndirir».


İyulun 9-da İran 9 raketini sınaqdan keçirib. Amerika bunu pisləyib. Birləşmiş Ştatların Müdafiə naziri Robert Geyts deyib ki, İranın sınaqları Amerikanın raketdən müdafiə sisteminə ehtiyacının olduğunu sübut edir:


«Bu, əlbəttə, İranın son 10-20 ildə uzaqməsafəli raketi olduğuna şübhə edən Rusiyaya ünvanlanır. Fakt odur ki, İran indi kifayət qədər uzaq məsafəyə atılan raketlərini sınaqdan keçirdi. Mənim fikrimcə, əvvəl də Avropada raketdən müdafiə sistemləri barədə danışanda dediyimiz kimi, real təhlükə var. Mənə elə gəlir ki, bu sınaq faktı sübut etdi».


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG