Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:08

«Qazprom»un təklifi ətrafında detallı dialoq başlayacaq»


«Azərbaycanla Rusiya «Qazprom»un təklifi ətrafında detallı dialoqa başlayacaqlar». Bu barədə Rusiyanın Bakıdakı səfiri Vasili İstratov məlumat verib. Dialoq qaz satışının şərtlərini müəyyənləşdirmək üçün keçiriləcək.


Səfir xatırladıb ki, Rusiya prezidenti Dmitri Medvedevin Bakıda müzakirə etdiyi əsas mövzulardan biri bu məsələ ətrafında olub:


«Yaxın vaxtlarda tərəflər bu istiqamətdə konkret danışıqlara başlayacaqlar».
«Qazprom» uzunmüddətli müqavilə əsasında Azərbaycan qazını bazar qiymətlərinə almaq niyyətindədir. Geoloji kəşfiyyat məlumatlarına əsasən, Azərbaycan «Şahdəniz» qaz yatağı da daxil olmaqla 1,5 trln kub. m-ə qədər qaz ehtiyatına malikdir.


Dünyanın ən iri şirkətləri arasında 19-cu yerdə olan «Qazprom» 2007-ci ilə qədər Azərbaycana qaz ixrac edib. Lakin həmin ildən qazın qiyməti qaldırıldığından Azərbaycan onu almaqdan imtina edib.


XS
SM
MD
LG