Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:53

«İran qəzetləri Azərbaycan problemlərinə layiqincə yer ayırmır»


M.Memarzadə Azərbaycanı İranın «ilk qəzet, çap və nəşr beşiyi» adlandırıb
M.Memarzadə Azərbaycanı İranın «ilk qəzet, çap və nəşr beşiyi» adlandırıb

İranın Şərqi Azərbaycan əyalətinin ostandarı Məhəmməd Memarzadə əyalətin media təmsilçiləri ilə görüşündə Azərbaycanın son yüz ildə İranın ictimai və siyasi həyatında çox böyük rol oynadığını vurğulayaraq ölkə mətbuatında Azərbaycan problemlərinə layiqincə yer ayrılmamasından gileylənib.


«Media forum» saytının məlumatına görə, görüş iyulun 2-də keçirilib. M.Memarzadə islami irşad və mədəniyyət nazirindən, həmçinin ölkənin aparıcı mətbuat orqanlarının baş redaktorlarından Şərqi Azərbaycanın problemlərinə lazımınca yer vermələrini tələb edib: «Ölkə qəzetləri şərait yaratsın, Azərbaycanın hər sahədən danışmağa sözü var. Heç kəs Azərbaycanı olduğu kimi tanıya bilməyib və bu yurdun potensialı hələ kəşf olunmayıb».


Azərbaycanı İranın «ilk qəzet, çap və nəşr beşiyi» adlandıran M.Memarzadə hazırda ölkə mətbuatında Azərbaycanın özünə layiq, nüfuzlu bir qəzetə malik olmamasından narahatlığını ifadə edib.


XS
SM
MD
LG