Moskvada yeni sərgi açılıb, Çar ailəsinin edamıyla bağlı əşyalar nümayiş olunur. Sonuncu rus çarı II Nikolayı 1918-ci ildə bolşeviklər edam ediblər. Çar həyat yoldaşı və 5 uşağıyla birgə güllələnib. Sərgidə 200 əşya, o cümlədən Leninə edam xəbərini çatdıran teleqram, edam zamanı istifadə olunan 2 süngü, komissar Pyotr Voykovun edam barədə sərəncamı var. Sərgi sentyabrda da davam edəcək.