Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 04:50

«Amerika demokratiyanı dəstəkləmək üçün təkliflər verib»


«Azərbaycan hökuməti seçkiləri azad və ədalətli şəkildə keçirəcəyinə vəd verib»
«Azərbaycan hökuməti seçkiləri azad və ədalətli şəkildə keçirəcəyinə vəd verib»

«Amerika Azərbaycana demokratiya proseslərini dəstəkləmək üçün təkliflər verib».


Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi iyulun 1-də bəyan edib.


O, deyib ki, ötən həftə Bakıda keçirilmiş Amerika-Azərbaycan demokratiya dialoqu açıq olub. Danışıqlarda seçkilər, media azadlığı daxil olmaqla müxtəlif səpkili məsələlərə toxunulub.


«Azərbaycan tərəfinin nəzərinə bir daha çatdırdıq ki, ümumiyyətlə bizim ən gözəl tərəfdaşlarımız məhz aramızda birgə paylaşdığımız dəyərləri bizimlə bölüşənlərdir».


Səfir deyib ki, xüsusilə mediaya qorxusuz və təhlükəsiz şəkildə fəaliyyət imkanı verilməlidir.


«Jurnalistlərə qarşı zorakılıq çox ciddi və aqressiv şəkildə nəzərdən keçirilməli və bunu edənlər mühakimə olunmalıdır. Jurnalistlər məhz yazdıqlarına görə məhkəmədə vaxt keçirməməli, həbsxanaya getməməlidirlər. Ümumiyyətlə bu məsələlər cinayət məsuliyyətindən çıxarılmalıdır».


Dersi deyib ki, Azərbaycan hökuməti seçkiləri azad və ədalətli şəkildə keçirəcəyinə vəd verib.


Amerika hesab edir ki, bunun üçün seçkiqabağı mühit yaxşılaşdırılmalı, namizədlərin mediaya çıxışı olmalı və seçicilərə sərbəst seçim imkanı verilməlidir. Habelə seçkiöncəsi azad toplaşma şəraiti yaradılmalıdır.


«Bu yaxınlarda Azərbaycan Seçki Məcəlləsinə və Sərbəst toplaşma haqqında qanuna dəyişikliklər edib və indi görək bu dəyişikliklər necə işləyəcək».


Amerika-Azərbaycan demokratiya dialoqu 2006-cı ilin dekabrından keçirilir. Növbəti dialoq bu ilin payızında olacaq.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG