Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:37

«Qobustan həbsxanasında aclıq davam edir»


«Qobustanda məhbusların şənbə günü aclıq aksiyasına başladığı xəbər verilir»
«Qobustanda məhbusların şənbə günü aclıq aksiyasına başladığı xəbər verilir»

«Yeni Müsavat» Qobustan həbsxanasında ömürlük cəza çəkən məhbusların bir qisminin yenidən aclıq aksiyasına başladığı barədə xəbər verib. «Onlar həbsxanadakı dözülməz şəraitə etiraz edir, işlərinə yenidən baxılmasını istəyirlər».


«Bakı xəbər» qəzetinə münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu məhbusların aclıq aksiyası keçirməsinə inanmadığını və şikayətlərinin əsassız olduğunu bildirib. N.Cəfəroğlu eyni zamanda «ömürlüklər»in cəza müddətinin 15 illə əvəzlənməsinin vacibliyi barədə məlumatı Avropa Şurasının diqqətinə çatdırdığını da qeyd edib.


Ömürlük Məhbusların Yaxınlarının Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Müslümət Rzaxanova isə «Yeni Müsavat»a deyib ki, etibarlı mənbədən aldığı bu məlumat tam dəqiqdir: «Mənə şənbə günü Qobustan həbsxanasında xeyli sayda məhbusun aclıq aksiyasına başladığı barədə məlumat verilib. Mənbə eyni zamanda, məhbusların həbsxana rəisi Kazım Abdullayevin yaratdığı dözülməz şəraitə və onların tam təcrid olunmuş vəziyyətdə saxlanılmasına etiraz etdiklərini bildirdi».


M.Rzaxanovanın sözlərinə görə, 8 aya yaxındır müəssisədə yaranmış vəziyyətlə bağlı oğlu Şakir Rzaxanovla görüşə bilmir: «Oğlum fevralın 14-dən martın 6-na kimi aclıq aksiyası keçirib. Ancaq bunu gizli saxlayaraq, yalan adlandırıblar. İndi də bu aclığı yalan adlandırmaq istəyirlər. Əgər bu məlumat yalandırsa, həqiqətəuyğun deyilsə, onda sübut eləsinlər. Məni məhkəməyə versinlər ki, yalan məlumat yaymışam».


«Bütün müxalifət, bütün xalq və bütün dünya Azərbaycanda mövcud olan hakimiyyətdən qurtulmağın yollarını arayır. Əslində dünya bu işə o qədər də baş qoşmur, görüntü yaradır, amma xalq bunun üçün hər şeyə hazırdır». «Bizim Yol»un köşə yazarı Həbibə Abdulla belə yazır.


«…Biz bu hakimiyyətlə və bu vəziyyətlə barışmağa məcburuq. Gərək birdəfəlik qəbul edək ki, Azərbaycanda məmurlar rüşvət alıb gördükləri işin arxasında dayanmırlar. Rüşvət verib ev tikə bilərik, sabah gəlib onu sökəndə heç kim səsimizi eşitməyəcək. Rüşvət verib ev özəlləşdirə bilərik, sabah bir başqası həmin evi məhkəmə yolu ilə alanda əlimizi göyə qaldırıb Allaha dua etməliyik ki, məhkəmə rüşvət vermə cinayətinə görə bizi həbs etmədi».


Azərbaycan ordusunun yaranmasının 90 illiyi ilə bağlı dövlət qəzetləri silsilə məqalələr dərc etməkdədirlər. «Azərbaycan» qəzetinin bu qəbildən olan yazlarından biri «Ordu müstəqillik rəmzidir» adlanır.


«Son dövrlər ölkəmizin hərbi qüdrətinin sürətlə artması bəzi beynəlxalq qurumları narahat etsə də, dövlət rəhbərliyi bəyan edir ki, bizim ordu quruculuğuna xüsusi diqqət ayırmağımız torpaqlarımızın işğaldan azad olunması məqsədi güdür».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG