Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:39

Ən çox etibar edilən liderlərdən ikisi diktatordur


İ. Əliyevin regional əhəmiyyətinə etibar Ukraynada 7 faiz, Rusiyada isə 23 faizdir
İ. Əliyevin regional əhəmiyyətinə etibar Ukraynada 7 faiz, Rusiyada isə 23 faizdir
İctimai rəyin öyrənilməsi üzrə beynəlxalq təşkilat «WorldPublicOpinion.org» 20 ölkə vətəndaşları arasında aparılan sorğunun nəticələrini açıqlayıb. Sorğuda respondentlərin müxtəlif dünya siyasətçilərinə olan etimadının səviyyəsi müəyyənləşdirilib.

Sorğunun nəticələrinə əsasən, BMT-nin Baş katibi Pan Ki-Mun rəyi soruşulanların 35 faiz səsini toplayaraq, etimad reytinqində birinci olub. İkinci yerdə 33 faiz səslə Rusiya Baş naziri Vladimir Putindir.


Üçüncü yerdə 30 faizlə Böyük Britaniyanın Baş naziri Qordon Braundur.


Sonrakı yerlər belə bölünüb:


- Çin lideri Hu Szintao (28 faiz)


- Fransa prezidenti Nikola Sarkozi (26 faiz)


- ABŞ prezidenti Corc Buş (23 faiz)


- İran prezidenti Mahmud Əhmədinejad (22 faiz)


- Pakistan prezidenti Pərviz Müşərrəf (18 faiz)


Sorğu Azərbaycanda da aparılıb. Rəyini bildirən azərbaycanlılar dünya əhəmiyyətli məsələlərin həllində daha çox Vladimir Putin (45 faiz), Qordon Braun (43 faiz) və Corc Buşa etibar edirlər.





Sorğu yalnız dünya deyil, həmçinin regional əhəmiyyət kəsimində də aparılıb. Belə sorğuda Azərbaycan vətəndaşlarının 71 faizi prezident İlham Əliyevə etibar etdiyini deyib. Dərc olunan hesabatda İlham Əliyevin adına daha iki ölkə respondentlərinin cavablarında rast gəlmək olar. Belə ki, onun regional əhəmiyyətinə etibar Ukraynada 7 faiz, Rusiyada isə 23 faizdir. Müqayisə üçün, Ukraynada həmin siyahıya 24 faizlə Yuşenko başçılıq edir.


«Newsweek» jurnalı bu fenomenlə bağlı diktatorların böyük etimad qazanmasını qeyd edir. Jurnal yazır ki, bu, Qərbi narahat etməlidir, xüsusilə də demokratiyanı yaymağı prioriteti elan edən Buşu və Kondoliza Raysı...


XS
SM
MD
LG