Bir qədər sonra isə yağış kimi üstünə yağan sualların təzyiqinə tab gətirməyən Araqones vəziyyətə öz münasibətini bildirmək qərarına gəlib. “Belə olmamalıdır. Keçmiş oyunçu kimi başa düşürəm ki, meydandan çixarılan Torresin hirslənməyə haqqı var. Oynamaq imkanından məhrum olan futbolçu hirslənməlidir. Amma, qoy, ilk növbədə özünə, yalnız bundan sonra başqalarına qəzəblənsin”, - deyən məşqçi həm də eyham vurub ki, Torresə dərs verməyi götürqoy edir.
Məsələyə münasibətini bildirən Torresin sözlərinə görə, məşqcinin onu cəzalandıracağından xəbər verən hec nə hiss etməyib. Tores deyib: “Luislə söhbətim olmayıb. Amma əminəm ki, əgər onun ürəyində nəsə varsa, mütləq mənə deyəcək”.
Sonradan tərəflər mətbuatda çıxış edərək gərginliyi aradan qaldırmaq cəhdləri göstərdilər.
Portuqaliya millisində isə ab-hava çempionatdan sonrakı gözləntilərlə bağlıdır. Portuqaliyanın məşqçisi Luis Felipe Scolari İngiltərənin “Chelsea” klubu ilə muqavilə bağlayıb. Onun gələcək vəzifəsi ətrafında qızğın müzakirə gedir. Portuqaliya ulduz futbolcularının da yeni klub planları mövcuddur. Lakin Scolari cempionat başa çatanadək bu haqda danışmağı futbolçulara qadağan edib. Onun yasağı oyunçular arasında narazılıq yaradıb. Portuqaliya qəzetlərinin yazdığına görə Scolarini ikili standartlarda günahlandiranlar var.