İyunun 10-da Bakıda «Mədəniyyətlərarası dialoqda qadınların rolunun möhkəmləndirilməsi» adlı beynəlxalq forum işə başlayıb. Forumun təşəbbüsçüsü Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. Tədbir iki gün davam edəcək.
Qadınların dünyada baş verən proseslərdə, xüsusən də münaqişələrin həllində və mədəniyyətlərarası dialoqun inkişafında rolu məsələləri müzakirə ediləcək.
Forumda bir sıra ölkələrin birinci xanımları iştirak edir. Polşa, Latviya, Anqola, Cənubi Afrika prezidentlərinin, həmçinin Türkiyə baş nazirinin, ABŞ-ın Texas ştatının qubernatorunun, Argentina vitse-prezidentinin həyat yoldaşları, eləcə də Rusiyanın Federasiya Şurasının vitse-spikeri Svetlana Orlova foruma qatılıb.