Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:24

Müdafiə Nazirliyinin rəsmisi atəşkəsin pozulmasından narahatdır


«Atəşkəs rejiminin pozulması ilə bağlı beynəlxalq təşkilatlara öz mövqeyimizi çatdırmışıq. Artıq aylardır ki, atəşkəs rejimi erməni Silahlı Qüvvələri tərəfindən pozulur və belə bir halda itkilər olur». Bunu Müdafiə Nazirliyinin sözçüsü Eldar Sabiroğlu deyib.


Onun sözlərinə görə, atəşkəs rejimi əsasən Ağdam, Xocavənd, Füzuli, Tərtər, Gədəbəy və Tovuz istiqamətlərində intensiv şəkildə pozulur. Goranboy, Qazax, Cəbrayıl, Göygöl rayonlarında isə nisbətən az pozuntu halları qeydə alınıb.


İndiyə kimi atəşkəs rejiminin riayət olunması ilə bağlı 9 monitorinq keçirilib. İyunun 3-də təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılsa da, baş tutmayıb.


Eldar Sabiroğlu deyir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin səhra köməkçiləri Qazax Rayon İcra Hakimiyyətində brifinq keçirməklə və təmas xəttinə getməklə kifayətləniblər.


XS
SM
MD
LG