«Jurnalistlərin 5-ci qurultayı iyun ayının 20-də Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək». Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Qurultayda Mətbuat Şurasının nizamnaməsində dəyişiklik ediləcəyi gözlənir. Medianın məlumatına görə bu dəyişiklikdən sonra Əflatun Amaşov üçüncü dəfə MŞ-nın sədri seçilə bilər.