Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:27

«Azərbaycanın neft yataqları ölkəni yüz il təmin edə biləcək»


Sərginin ümumi ekspozisiya sahəsi keçən illə müqayisədə 12% artıb
Sərginin ümumi ekspozisiya sahəsi keçən illə müqayisədə 12% artıb

«Azərbaycan 2008-ci ildə 50 milyon tondan çox neft hasil edəcək. Gələn il isə bu rəqəmin 60 milyon tondan çox olması gözlənilir». İyunun 3-də Bakıda «Xəzərin nefti və qazı, neft emalı və neft kimyası» sərgisinin açılışında prezident İlham Əliyev belə deyib.


O, həmçinin vurğulayıb ki, Azərbaycanda aşkar edilmiş neft yataqları ölkəni yüz il təmin edə biləcək. Növbəti illərdə qaz hasilatını dünya bazarlarında tələbata uyğun olaraq artıracağıq.


İlham Əliyev neft gəlirlərinin xərclənməsi məsələsinə də toxunub: «Azərbaycan ictimaiyyəti neft gəlirlərinin necə xərclənməsindən narahat deyil, bu haqda məlumat hamı üçün açıqdır».


Bakıda ənənəvi, hər il keçirilən 15-ci «Xəzərin nefti və qazı, neft emalı və neft kimyası» sərgisi və konfransı iyunun 6-na kimi davam edəcək. Bu tədbirin keçirilməsi Azərbaycanın neft və qaz sektorunun inkişafında böyük rol oynayır. Sərginin təşkilatçıları qismində Azərbaycanın Ticarət-sənaye palatası, ITE Group PLC və Iteca Caspian LLC şirkətləri çıxış edirlər. Tədbirə dünyanın 33 ölkəsindən 380-ə yaxın şirkət qatılıb.


Sərginin ümumi ekspozisiya sahəsi keçən illə müqayisədə 12% artıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG