«Real»ın idman direktoru Predraq Miyatoviç komandanın hücumçusu Ruud van Nistelroyun yayda satılmaq ehtimalını istisna edib. O, həmçinin «Barselona»nın hücumçusu Samuel Etonun Madrid klubuna transferinin müzakirə olunmadığını da bildirib. Bu haqda xəbərləri son günlər Italiya mediası yayırdı.