Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 01:26

Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid mayın 22-də Bayıl istintaq təcridxanasından Binə qəsəbəsində yerləşən 17 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə «Turan»a «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov bildirib.


Qənimət Zahid 11 noyabr 2007-ci ildə həbs edilib. Bu il martın 13-də Yasamal Rayon Məhkəməsi onu xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma maddəsilə təqsirli bilərək 4il müddətinə azadlıqdan məhrum edib. Mayın 13-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
XS
SM
MD
LG