Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Seçki Monitorinq Mərkəzinin qeydiyyatı ləğv edildi


Mərkəzin vəkili İntiqam Əliyev məhkəmə qərarının qərəzli adlandırıb
Mərkəzin vəkili İntiqam Əliyev məhkəmə qərarının qərəzli adlandırıb

Mayın 14-də Xətai Rayon Məhkəməsində hakim Tofiq Paşayevin sədrliyi ilə keçən prosesdə Ədliyyə Nazirliyinin Seçki Monitorinq Mərkəzinin (SMM) qeydiyyatının ləğviylə bağlı iddiası təmin edilib.


Qərara alınıb ki, SMM sənədləri hüquqi şəxslərin dövlət reyestrindən silinsin. Məhkəmə hökmün dərhal icra olunmasını təmin edib.


Ədliyyə Nazirliyi iddia edirdi ki, mərkəzin təsis sənədlərində məlumatlar qeyri-müəyyəndir. Hüquqi ünvanının dəyişdirilməsiylə bağlı isə nazirliyə məlumat verilməyib və mərkəzin bölgə nümayəndəlikləri dövlət reyestrindən keçirilməyib.


SMM nazirliyə qarşı qaldırdığı iddiası isə təmin edilməyib.


Mərkəzin vəkili İntiqam Əliyev məhkəmə qərarının qərəzli adlandırıb.


XS
SM
MD
LG