Keçid linkləri

Təcili xəbərlər
2023, 31 Mart, Cümə, Bakı vaxtı 17:04

«Qəbələ RLS-in birgə istifadəsinə dair heç bir danışıq aparılmır»


«Hazırda Azərbaycan ordusu Amerika və Türkiyə hərbçiləriylə birgə təlimlər keçir»

Qəbələ analitik informasiya mərkəzindən Rusiya və Amerika Birləşmiş Ştatlarının birgə istifadəsinə dair heç bir danışıq aparılmır. Bunu ANS-ə müsahibəsində Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev deyib.


2007-ci ilin iyun ayında «Böyük səkkizliy»in görüşü çərçivəsində Rusiyanın o zamankı prezidenti Putin ABŞ-a Çexiyada və Polşada raket əleyhinə müdafiə sistemləri quraşdırmaq əvəzinə Qəbələ RLS-dən birgə istifadə etməyi təklif edib.


2002-ci ildə Azərbaycan Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsi barədə onillik müqavilə imzalayıb.


Müdafiə naziri Səfər Əbiyev onu da bildirib ki, hazırda Azərbaycan ordusu Amerika və Türkiyə hərbçiləriylə birlikdə təlimlər keçdiyini də deyib. Onun sözlərinə görə, növbəti hərbi təlim quru qoşunları hissələrində aparılacaq.


XS
SM
MD
LG