Livanda Hizbullah və onun müttəfiqləri Beyrutdakı hərbi birləşmələrini şəhərdən çıxarmağa başlayıb.
Təşkilata məxsus televiziya kanalı xəbər verib ki, Hizbullahın rəhbərlik etdiyi müxalifət qüvvələri hərbi çağırışa razılıq əlaməti olaraq Beyrutu tərk edirlər. Lakin tələbləri yerinə yetirilməyincə Livanda qarışıqlıq davam edəcək.
Livanın qərb yönümlü hakimiyyəti İran və Suriyanın dəstəklədiyi şiə qruplarının təsirinə azaltmağa cəhd göstərdikdən sonra ölkədə qarşıdurma yaranmışdı.
Həmin döyüşlərdə 18 adam həlak olduğu xəbər verilir.
Dövlət katibi Kondoliza Rays İran və Suriyanı Hizbullahı dəstəkləməkdə ittiham edib.