Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

«Mayın 10-u milli bayram kimi qeyd olunsun»


İclasda çıxış edənlər Heydər Əliyevin xidmətlərindən danşıblar
İclasda çıxış edənlər Heydər Əliyevin xidmətlərindən danşıblar

«Milli Məclisin növbəti iclaslarının birində mayın 10-u milli bayram kimi qeyd olunsun». Bunu hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Musa Quliyev mayın 6-da parlamentin keçmiş prezident Heydər Əliyevin 85 illiyinə həsr olunmuş xüsusi iclasında təklif edib.


İclasda çıxış edənlər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdəki xidmətlərindən danşıblar. Onu Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürk və digərləri ilə müqayisə ediblər.


Deputat Zeynəb Xanlarova isə vəzifədə olmadığı müddətdə Heydər Əliyevlə maraqlanmayanların indi onun haqqında gəlişi gözəl sözlər deməsindən narazılığını bildirib. O, həmin dövrlərdə özünün, Prezidentin İcra Aparatının indiki rəhbəri Ramiz Mehdiyevin, Sirus Təbrizlinin və s. Heydər Əliyevi unutmadığını deyib.


Son günlər həmin iclasda amnistiya aktı layihəsinin müzakirə ediləcəyi barədə YAP-dan səslənən fikirlər isə özünü doğrultmayıb.


Müsavat deputat qrupunun üzvləri iclasda iştirak etməyiblər.


Mayın 10-u keçmiş prezident Heydər Əliyevin anadan olmasının 85 ili tamam olur.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG